REGİONLAR


Dövlət Sort-Sınaq Məntəqəsinin əkin sahələrində toxumluq taxıl əkininə başlanılıb

A+ A

Salyan, 23 noyabr, Mahir Babayev, AZƏRTAC

Salyanın Kürqaraqaşlı kəndində fəaliyyət göstərən Dövlət Sort-Sınaq Məntəqəsinin əkin sahələrində toxumluq taxıl əkininə başlanılıb.

AZƏRTAC xəbər verir ki, bu il məntəqənin ərazisində 37,5 hektar toxumluq taxıl əkini aparılacaq.

Dövlət Sort-Sınaq Məntəqəsinin müdiri Balaeyvaz Hüseynov AZƏRTAC-a bildirib ki, əkin zamanı daha çox rayonlaşdırılmış “Cəlilabad-19”, “Ləyaqətli”, “Taleh-38”, “Fatimə” kimi yerli sortlara üstünlük verilir. Bununla yanaşı, sınaqdan çıxarmaq üçün bu il xaricdən əlavə olaraq daha 7 sort taxıl da gətirilib.

Qeyd edək ki, rayonlaşdırılmış toxumların məhsuldarlığı 50-60 sentner olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.