CƏMİYYƏT


Dövlət Sosial Müdafiə Fondunda pensiya təminatı sahəsindəki yeni dəyişikliklərlə bağlı seminar-müşavirə keçirilib

Bakı, 22 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda seminar-müşavirə keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə məqsəd “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il martın 10-da imzaladığı Qanunun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il martın 6-da imzaladığı 377 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2017-ci il mayın 1-də imzaladığı Fərmanının icrası ilə bağlı Fondun yerli orqanlarının pensiya və sosial sığorta sektorları əməkdaşlarına müvafiq tapşırıq və izahatların verilməsi olub.

Fondun direktoru Zakir Babayev pensiya qanunvericiliyindəki yeni dəyişikliklər və onların mahiyyətindən bəhs edərək, bu islahatın ölkədə pensiya təminatı sisteminin qabaqcıl dünya təcrübəsi əsasında daha da təkmilləşdirilməsinə xidmət etdiyini vurğulayıb. Tədbirdə pensiya qanunvericiliyindəki yeni dəyişikliklərlə bağlı Fondun yerli orqanlarının pensiya və sosial sığorta sektorları əməkdaşlarının qarşısında duran vəzifələr, konkret istiqamətlər üzrə görüləcək işlər diqqətə çatdırılıb.

Müzakirə şəraitində keçən seminar-müşavirədə iştirakçıların sualları da cavablandırılıb, onlara ətraflı izahatlar verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.