İQTİSADİYYAT


Dövlət Statistika Komitəsində Statistik Analiz Sisteminin təliminə başlanılıb

A+ A

Bakı, 11 iyul, AZƏRTAC

İyulun 11-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində Statistik Analiz Sistemi (SAS) proqram-paketinin öyrənilməsi təliminə başlanılıb.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlim BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə keçirilir. Tədbirdə Əhali Fondunun Azərbaycandakı Nümayəndəliyinin təmsilçiləri, Türkiyə Statistika Qurumunun Əhali və Miqrasiya Qrupunun rəhbəri, Dövlət Statistika Komitəsi Aparatının Əhali və Sosial statistika şöbələri, Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin nümayəndələri iştirak edirlər. Təlim kursunun keçirilməsində məqsəd əhalinin təbii və mexaniki hərəkəti ilə bağlı məlumat bazasından əhali statistikasına dair yekun statistik məlumatların SAS proqram-paketi vasitəsilə əldə olunmasının öyrənilməsidir. Təlimdə proqram-paketin üstünlükləri diqqətə çatdırılıb və bu sahədə Türkiyə Statistika Qurumunun Əhali və Miqrasiya Qrupunun təcrübəsindən söhbət açılıb. SAS proqram-paketinin öyrənilməsi təlimi iyulun 15-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.