İQTİSADİYYAT


Dövlət Statistika Komitəsinin internet səhifəsi yenilənib

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsi yenilənib.

Komitədən AZƏRTAC-a verilən məlumata görə, yeni səhifədə müasir dövrün əsas texnoloji üstünlükləri nəzərə alınmaqla təkmilləşdirmə işləri aparılıb. O cümlədən səhifənin görünüşü tamamilə dəyişdirilərək müasir standartlara, kompüter və mobil avadanlıqların ekran ölçülərinə tam uyğunlaşdırılıb. Bununla yanaşı, səhifədəki bütün məlumatların kompüter və mobil avadanlıq istifadəçiləri üçün əlçatanlığı təmin edilib.

Qeyd edək ki, Dövlət Statistika Komitənin internet səhifəsi informasiya tutumu baxımından zəngin olmaqla yanaşı, ölkənin dövlət orqanlarının internet saytları arasında ən çox müraciət olunan səhifələrdən biridir. Hər gün bu səhifəyə orta hesabla 3 min istifadəçi daxil olur. Ümumilikdə 2016-cı ildə səhifədən 2 milyon, 2017-ci il yanvarın 1-dən bu günə qədər isə 1,5 milyondan çox istifadəçi yararlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.