MƏDƏNİYYƏT
Dövlət “Yuğ” Teatrı “Boy” tamaşasını təqdim edəcək
Bakı, 25 yanvar, AZƏRTAC
Fevralın 1-də Azərbaycan Dövlət “Yuğ” Teatrı “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında hazırlanmış “Boy” tamaşasını təqdim edəcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhnə əsərinin ideya və quruluşu Tərlan Enginə məxsusdur. Tamaşanın quruluşçu rəssamı Rəşid Şərif, rejissoru Ər-Toğrul, musiqi tərtibatçısı isə Mələk Vəlizadədir. Rolları Əməkdar artistlər Məmməd Səfa, Yaqut Paşazadə, aktyorlar Təranə Atacan, Könül Cəfərzadə, Amid Qasım, Vüqar Hacı, Elgün Həmid ifa edəcək.
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində nümayiş olunacaq tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb.
Tamaşada insanın arzuları, gələcəyə baxışları öz əksini tapıb. Vurğulanıb ki, çoxları etiraf etməsə də, hər kəs ölümsüz həyat arzulayır. Bunun yolu isə, nə qədər paradoksal səslənsə də, ölümdən keçir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]