MƏDƏNİYYƏT


Dövlət “Yuğ” Teatrı yeni mövsümə başlayıb

A+ A

Bakı, 13 oktyabr, AZƏRTAC

Oktyabrın 19-da Azərbaycan Dövlət “Yuğ” Teatrında “Naməlum Axundzadə” tamaşası təqdim olunacaq.

Teatrdan AZƏRTAC-a bildirilib ki, teatrın baş rejissoru Gümrah Ömərin quruluşunda hazırlanan tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı, Əməkdar Rəssam Rəşid Şerif, musiqi tərtibatçısı isə Ramiq Mehdidir.

Səhnə əsərində Əməkdar artistlər Fərhad İsrafilov, Məmmədsəfa Qasımov, Vidadi Həsənov, Sonaxanım Mikayılova, Gülzar Qurbanova, Yaqut Paşazadə, aktyorlar Zümrüd Qasımova, Hikmət Rəhimov çıxış edəcək.

Qeyd edək ki, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində nümayiş olunacaq tamaşa görkəmli dramaturq M.F.Axundzadənin anadan olmasının 200 illiyi münasibətilə hazırlanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.