MƏDƏNİYYƏT


Dövlət “Yuğ” Teatrı yeni mövsümə başlayıb

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət “Yuğ” Teatrında yeni mövsümə start verilib.

AZƏRTAC xəbər verir ki, sənət ocağı baş rejissor Gümrah Ömərin quruluşunda hazırlanan “Naməlum Axundzadə” tamaşası ilə teatrsevərləri salamlayıb.

Tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı, Əməkdar Rəssam Rəşid Şerif, musiqi tərtibatçısı isə Ramiq Mehdidir.

Səhnə əsərində Əməkdar artistlər Fərhad İsrafilov, Məmmədsəfa Qasımov, Vidadi Həsənov, Sonaxanım Mikayılova, Gülzar Qurbanova, Yaqut Paşazadə, aktyorlar Zümrüd Qasımova və Hikmət Rəhimov çıxış edib.

A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində təqdim olunan tamaşa maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.