MƏDƏNİYYƏT
Dövlət “Yuğ” Teatrı yeni tamaşalar təqdim edəcək
Bakı, 3 may, AZƏRTAC
Azərbaycan Dövlət “Yuğ” Teatrında yeni tamaşaların premyerasına hazırlıq gedir.
AZƏRTAC xəbər verir ki, hazırda məşqləri yekunlaşmaq üzrə olan “Medeya. Sekvensiya 01” tamaşası Mikayıl Mikayılovun quruluşunda təqdim olunacaq. Quruluşçu rəssamı Umay Minnur olan səhnə əsərində əsas rolları Əməkdar artistlər Sonaxanım Mikayılova, Gülzar Qurbanova ifa edəcək.
Tamaşa Vladimir Klimenkonun “Medeya Teatrı” pyesi əsasında hazırlanıb. Sənət ocağı bununla yanaşı, Azərbaycan poeziya nümunələri əsasında səhnələşdirilən “Rindü-Şeyda” tamaşasının da təqdimatına hazırlaşır. Tamaşa rejissor Gümrah Ömərin quruluşunda nümayiş olunacaq.
Məlumat üçün bildirək ki, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qərarına əsasən fevralın 1-dən etibarən Dövlət “Yuğ” Teatrı yaradıcılıq fəaliyyətini A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]