MƏDƏNİYYƏT


Dövlət “Yuğ” Teatrında “Şok”

A+ A

Bakı, 4 oktyabr, AZƏRTAC

Oktyabrın 13-də Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı kollektivi türkiyəli yazıçı-dramaturq Turqay Narın “Zibillik” pyesi əsasında hazırlanmış “Şok” tamaşasını teatrsevərlərə təqdim edəcək.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhnə əsəri rejissor Günay Səttarın quruluşunda nümayiş olunacaq. Tamaşanın musiqisi Amid Qasımova və Mələk Vəlizadəyə, səhnə dizaynı Əməkdar İncəsənət Xadimi Rəşid Şərifə məxsusdur. Pyesi Azərbaycan dilinə dramaturq Mehman Musabəyli tərcümə edib.

Janrı eqosentrik transaksiya kimi təyin olunan səhnə əsərində rolları aktyorlar Oqtay Mehdiyev, Rasim Cəfər, Amid Qasımov, Vüqar Hacı, Təranə Atacan və Zümrüd Qasımova canlandıracaqlar. Tamaşa müharibələrdən, xaosdan, rasional və irrasional dünyanın qlobal təhlükə və dinamikasından ani zaman kəsiyində uzaqlaşmaq, arınmaq, düşünə bilmək və ən başlıcası dünyamızın gözəl olduğunu anlamaq üçün bir teatr oyunudur.

A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında nümayiş olunacaq tamaşanın xronometrajı 75 dəqiqədir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.