MƏDƏNİYYƏT


Dövlət “Yuğ” Teatrında mövsümün son tamaşası

A+ A

Bakı, 14 iyul, AZƏRTAC

Azərbaycan Dövlət “Yuğ” Teatrı 28-ci mövsümünə iyulun 14-də oynanılacaq “Rindi-Şeyda” tamaşası ilə yekun vuracaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Mərcan Dədənin “Sufi arzuları” musiqili kompozisiyası əsasında hazırlanan “Rindi-Şeyda” tamaşasının ideya müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Rəşid Şerifdir.

Janrı səmavi eşq ayini kimi təyin olunan səhnə əsərində teatrın aktyorları Mətanət Abbas, Təranə Ocaqverdiyeva və Amid Qasımov çıxış edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.