Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Dövlət borcu ilə bağlı məsələlər Azərbaycanda heç kəsi narahat etməməlidir

Dövlət borcu ilə bağlı məsələlər Azərbaycanda heç kəsi narahat etməməlidir

Bakı, 24 iyul, AZƏRTAC

Dövlət borcu nədir və Azərbaycanda bu sahədə vəziyyət necədir? “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov AZƏRTAC-ın bu sualını şərh edərək deyib:

- Dövlət borcunun klassik tərifi onun mahiyyətini olduğu kimi açıqlayır: “Dövlət borcu dövlətin büdcə kəsirini bağlamaq üçün götürdüyü borcdur”. Dövlət borcunun ətrafında iqtisadçıların fikirləri tarixən heç vaxt uzlaşmayıb. Bu elmin klassik tərəfini təmsil edənlər dövlət borcunu “insanlar tərəfindən nə vaxtsa kəşf edilmiş bəla” kimi dəyərləndirsələr də, digər qrup iqtisadçılar dövlət borcunu ölkə iqtisadiyyatının qaldırılmasını stimullaşdıran vasitə kimi qiymətləndirirlər. Tarixin bu günə qədər sübut edib ortaya qoyduğu isə budur ki, bəzi dövlətlər borclanma hesabına nəinki iqtisadi cəhətdən inkişaf edə biliblər, hətta dünya iqtisadiyyatının monstrlarına çevrilməyə belə müvəffəq olublar. Dediyimiz fikirləri təkcə ABŞ-ın timsalında əsaslandıra bilərik. Bu gün dünya iqtisadiyyatının dörddə birinə sahib olan bu ölkənin dövlət borcu onun ümumi daxili məhsulundan (ÜDM) çox olan həddə gəlib çatsa da, bu dövlətin illərlə apardığı iqtisadi siyasət, iqtisadiyyatı çökdürə biləcək böhranlardan özünəməxsus manevrlərlə yayınması və hətta bəzən bu böhranlardan öz iqtisadi durumunu bir qədər də yaxşılaşdırmaq üçün istifadə edə bilməsi onu dünyanın iqtisadi cəhətdən ən qüdrətli ölkəsinə çevirib. Misal üçün, 2014-cü il yanvarın 1-ə ABŞ-ın dövlət borcu 18 trilyon 141 milyard dollar təşkil edib. Bu isə ÜDM-in 109,9 faizinə bərabərdir. Bu borcun xəzinə öhdəlikləri şəklində olan 5 trilyon dollara qədər hissəsi isə xarici dövlətlərə olan borcdur ki, onun da təqribən yarısı Çin və Yaponiyanın payına düşür.

Avropa İttifaqına daxil olan ölkələr üzrə də dövlət borcunun ümumi məbləği, bu gün onların məcmu ÜDM-dən çoxdur. Təkcə Böyük Britaniyada dövlət borcu ÜDM həcmini 4 dəfəyə qədər üstələyir. Tarix bu qaydada dövlət borcu hesabına güclü iqtisadiyyat quranların “odla oynadıqları”nı dəfələrlə sübuta yetirsə də, bundan heç də bütün dövlətlər düzgün nəticə çıxara bilməyib. Təsəvvür edirsinizmi ABŞ-ın 18 trilyon 141 milyard dollar həcmində olan dövlət borcunun xarici dövlətlərə aid olan 5 trilyon dollarlıq hissəsinin 30-40 faizi həmin dövlətlər tərəfindən satışa çıxarılarsa, dünya maliyyə bazarında nələr baş verər? Bu, ABŞ dollarının qeyd-şərtsiz uçuruma yuvarlanması və ölkə iqtisadiyyatının fəlakətlə üzləşməsi demək olar. Bunun baş verməyəcəyinə kim təminat verə bilər?

Borclanmada səriştəsizliyə yol vermiş Yunanıstanın son illərdə yaşadığı ağır iqtisadi durum göz qabağındadır. Enerji resursları olmayan, lakin buna baxmayaraq ÜDM–in adambaşına həcminə görə dünyanın 50 ölkəsinin siyahısına düşən (adambaşına 26000 min ABŞ dolları) Yunanıstanda bu gün insanlar əməkhaqqı kartı ilə bankomatdan 60 avro pullarını çıxara bilmirlər. Hesab edirik ki, borclanmada eyforiyyaya uymuş bir çox ölkələri yaxın zamanlarda belə aqibət gözləyə bilər və artıq Yunanıstandan başqa digər Avropa ölkələrində də bunun ilkin əlamətləri üzə çıxmağa başlayıb. Avropa İttifaqının və onun nüvəsini təşkil edən Almaniya və Fransanın Yunanıstana “yardım əlini” uzatması heç də yunan xalqına böyük sevgidən irəli gəlmir. Səbəb sadədir, “böyük qardaşlar” yunan defoltunun Avropa İttifaqı üçün nə vəd etdiyinin fərqindədirlər...

Bəs Azərbaycanda dövlət borcu hansı səviyyədədir? Dövlət borclarımızın bu günə olan səviyyəsi ölkəmizin iqtisadiyyatı və vətəndaşlarımızın yaşam tərzinə necə təsir edə bilər? Əvvəlcə onu qeyd edək ki, Azərbaycanın bu günə olan 6,5 milyard ABŞ dolları məbləğində dövlət borcu dünyada ən aşağı borclanma göstəricilərdən biridir və bu borcun adambaşına düşən həcmi 675 ABŞ dollarına bərabərdir. Bunu hər kəs bilməlidir. Müqayisə üçün deyək ki, bu rəqəm ABŞ-da 57 min dollara, Böyük Britaniyada 158 min dollara, Almaniyada 71 min dollara, Fransada 81 min dollara, Rusiyada 4 min 200 dollara, Gürcüstanda 2min 400 dollara, Ermənistanda 2 min 700 dollara bərabərdir.

Dövlət borcu mahiyyət etibarilə aktiv və passiv borclara bölünür. Aktiv dövlət borcları büdcə vasitəsilə bu borcların dövlətin konkret sosial-iqtisadi proqramlarının reallaşdırılmasına, infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəldilən hissəsidir. Passiv dövlət borcları isə büdcədən maliyyələşən cari xərclərin bağlanmasına yönəldilən borclardan ibarətdir. Hər kəsə bəllidir ki, Azərbaycan hökumətinin götürdüyü borclar tamamilə aktiv borclar kateqoriyasına aiddir. Bunun belə olduğunu bilmək üçün büdcədən maliyyələşən sosial proqramlara və infrastruktur layihələrinə nəzər salmaq kifayətdir. Mətbuat səhifələrində bəzi müəlliflər yazırlar ki, Azərbaycan hökumətinin cəlb etdiyi kreditlərin böyük əksəriyyəti infrastruktur layihələrinə yönəldilir və bu layihələr əlavə dəyər yaratmır. Onlar bir məsələni bilməlidirlər ki, büdcəyə cəlb edilmiş belə vəsaitlər hesabına reallaşan həmin infrastruktur layihələri ölkə iqtisadiyyatında yaradılan əlavə dəyərin əldə olunmasında birbaşa deyil, dolayı yolla iştirak edir. Unudulmamalıdır ki, normal iqtisadi fəaliyyət üçün normal infrastrukturun olması ən vacib şərtlərdən biridir.

Azərbaycanın dövlət borcunun vəziyyətini mətbuat səhifələrində “təhlil” edən bəzi “ekspertlər” bir qədər də qabağa gedib, Dövlət Neft Şirkətinin borclarını da Azərbaycan dövlət borcunun üzərinə gələrək ölkədə adambaşına düşən dövlət borcuna dair göstəricini iki dəfə şişirdilmiş şəkildə cəmiyyətə təqdim edirlər. Bu, sadəcə diletantlıqdır və həmin adamlar bilmək istəmirlər ki, neft şirkətinin götürdüyü borclar onun mövcud aktivlərindən dəfələrlə azdır və bu borcları dövlət deyil, şirkətin özü qaytarır.

Nazirlər Kabinetinin bu günlərdə keçirilmiş iclasında Azərbaycan Prezidenti İlham Əliyev dövlətin borclanma sahəsindəki kursunu açıq şəkildə ifadə edərək dedi: “Azərbaycanda xarici dövlət borcumuz minimum səviyyədə olmalıdır, hazırda təqribən 10-11 faiz civarındadır. Biz onu daha da aşağı salmalıyıq. Biz borc götürə bilərik. Ancaq bu, bizə lazım deyil. Sabah bu, bizə problem yarada bilər”.

Həm Prezidentin açıqlaması, həm də, ümumən, yuxarıda sadaladığımız faktlar göstərir ki, dövlət borcu ilə bağlı məsələlər Azərbaycanda heç kəsi narahat etməməlidir...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO