İQTİSADİYYAT


Dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 2117,7 milyon manat vəsait proqnozlaşdırılıb

A+ A

Bakı, 1 oktyabr, AZƏRTAC

Azərbaycanda pensiya və müavinətlərin, ünvanlı sosial yardımın, məcburi köçkünlərin sosial məsələlərinin və digər sosial tədbirlərin maliyyə təminatı üçün gələn ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 2117,7 milyon manat vəsait proqnozlaşdırılıb.

AZƏRTAC bu barədə Maliyyə Nazirliyinin saytında yerləşdirilən Azərbaycan Respublikasının 2017-ci ilin dövlət və icmal büdcələrinin layihələrinə istinadən bildirir.

Sosial müdafiə və sosial təminatın maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 12,8 faiz olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.