İQTİSADİYYAT


Dövlət büdcəsinə daxilolmaların 25,9 faizi əlavə dəyər vergisi hesabına təmin edilib

A+ A

Bakı, 27 oktyabr, AZƏRTAC

2016-cı ilin yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri 8 milyard 281,4 milyon manat, xərcləri 9 milyard 348,5 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, büdcənin icrasında 1 milyard 67,1 milyon manatlıq və ya ümumi daxili məhsulun 2,8 faizi qədər kəsir yaranıb.

Daxilolmaların 25,9 faizi əlavə dəyər vergisi, 14,4 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 9,4 faizi fiziki şəxslərin gəlir vergisi, 5,0 faizi aksizlər, 11,7 faizi digər vergilər, 33,6 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.