İQTİSADİYYAT


Dövlət büdcəsinə gömrük daxilolmaları üzrə proqnoz artıqlaması ilə yerinə yetirilə bilər

A+ A

Bakı, 21 sentyabr, Elvin Camalov, AZƏRTAC

2016-cı il dövlət büdcəsinə gömrük daxilolmaları üzrə proqnoz artıqlaması ilə yerinə yetirilə bilər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

O bildirib ki, ilin əvvəlindən gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə 1,6 milyard manat daxil olub. Bununla da 2016-cı il dövlət büdcəsinə köçürmələr üzrə proqnozun 88,4 faizi yerinə yetirilib. Bu il üçün gömrük daxilolmaları üzrə proqnoz 1,81 milyard manat səviyyəsində planlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.