İQTİSADİYYAT


Dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınmasına başlanılıb

A+ A

Bakı, 6 dekabr, AZƏRTAC 

Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla satın alınması nəzərdə tutulan ərzaq məhsullarının hər bir növü üzrə həmin məhsulların qiymətləri və satınalma şərtləri (o cümlədən, satınalma dövriliyi) barədə elanı “Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı” elektron portalında (www.tedaruk.az) yerləşdirib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin 2016-cı il 11 aprel tarixli Sərəncamı ilə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Cəmiyyətin əsas məqsədi ərzaq məhsullarının istehsalçılarından və satıcılarından belə məhsulları almaq və tədarük edərək satınalan təşkilatlara təqdim etməkdir. Bu məqsədlə Cəmiyyətin “Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı” elektron portalı (www.tedaruk.az) fəaliyyətə başlayıb.

Portalda yerləşdirilən elana əsasən yerli ərzaq məhsullarının istehsalçıları və ya satıcıları (idxalçıları) saytın “Tədarük elanları” bölməsində dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması nəzərdə tutulan ərzaq məhsulları üzrə yerləşdirilmiş tələbata dair təkliflərini “Təklif yerləşdir” bölməsində qeydiyyatdan keçərək təqdim edə bilərlər.

Qeyd edək ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istehsalçıların və digər satıcıların (idxalçılar) fəaliyyətinin və təqdim edilən təkliflərin monitorinqi, habelə həmin ərzaq məhsullarının satın alınması prosedurları Azərbaycan Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”na uyğun olaraq həyata keçiriləcək.

Elanın şərtlərinə uyğun gələn təkliflərin qiymətləndirilməsi zamanı yerli istehsalçılara üstünlük veriləcək.

Əlavə məlumat almaq üçün Kənd Təsərrüfatı Nazirliyinin 1652 “Çağrı mərkəzi” və ya “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin (012) 555-04-14, (050) 243-28-95 nömrəli telefonları ilə əlaqə saxlamaq tövsiyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.