ELM VƏ TƏHSİL


Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qeydiyyatdan keçənlərin sayı iki mindən çoxdur

Bakı, 4 avqust, AZƏRTAC

Avqustun 1-dən 2017-2018-ci tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbuluna start verilib. Artıq 2000-dən çox qeydiyyatdan keçən var.

AZƏRTAC xəbər verir ki, bunu Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşə təhsili müəssisələrinin idarə edilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Amil Əlili deyib.

Onun sözlərinə görə, layihənin reallaşmasında əsas məqsəd dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etmək olub. Bu cür sənəd qəbulu əhalinin rahatlığı ilə yanaşı, şəffaflığın təmin olunmasına, obyektiv qəbul prosesinin təşkilinə xidmət edir. O deyib: “Biz bu məqsədimizə nail olduq. Daxil olan müraciətlər göstərir ki, bu il maraq daha yüksək səviyyədədir. Bu qədər yüksək fəallıq müşahidə olunmasında ötən ilin təcrübəsinin rolunu dana bilmərik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.