Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Dövlət informasiya siyasəti” monoqrafiyasının təqdimatı olub

Təqdimat mərasimində çıxış edənlər monoqrafiyanı Azərbaycan jurnalistikasına beynəlxalq media müstəvisində yeni baxış kimi səciyyələndiriblər

Bakı, 25 may, AZƏRTAC

Mayın 25-də Beynəlxalq Mətbuat Mərkəzində Əməkdar Jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru Xalid Niyazovun “Dövlət informasiya siyasəti (KİV timsalında)” monoqrafiyasının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, monoqrafiyanın elmi redaktoru Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov, elmi məsləhətçiləri AMEA-nın akademik katibi, akademik Rasim Əliquliyev və “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru Hikmət Babaoğlu, rəyçiləri BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev və Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovdur.

Monoqrafiyanın təqdimat mərasimində çıxış edən Əflatun Amaşov müəllif haqqında məlumat verərək bildirib ki, Xalid Niyazov uzun müddət mətbuatda çalışıb, hazırda isə İTV-də yayımlanan “Media və zaman” proqramının rəhbəri və aparıcısıdır. Bir çox publisistik yazıların, kitabların müəllifidir. Eyni zamanda elmi fəaliyyətlə məşğuldur. O, monoqrafiyasında dövlət, cəmiyyət və media münasibətlərini müasir müstəvidə əks etdirib. Bu, Azərbaycan jurnalistikasına beynəlxalq media müstəvisində yeni bir baxışdır.

Üç fəsildən ibarət olan monoqrafiyada modernləşməkdə olan cəmiyyətin siyasi sisteminin dövlətin informasiya siyasətinə təsiri öyrənilib, inkişafın Azərbaycan modeli şəraitində dövlətin informasiya siyasətinin məqsəd və vəzifələri şərh edilib, siyasi sistemin modernləşməsi şəraitində dövlət informasiya siyasətinin formalaşması ilə bağlı tövsiyələr irəli sürülüb. Həmçinin KİV-in cəmiyyətdə siyasi sistemin optimallaşdırılmasında, dövlət informasiya siyasətinin modernləşmə prosesində rolu, müasir şəraitdə dövlət informasiya siyasətinin formalaşdırılmasının xüsusiyyətləri və digər aktual məsələlər araşdırılıb.

Ə.Amaşov qeyd edib ki, modernləşmə hələ XX əsrin əvvəllərində Şərqdə ilk demokratik respublika ilə birgə yaranıb və bu sahədə bir sıra islahatlar həyata keçirilib. Lakin Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra siyasi modernləşmə də müvəqqəti dayanıb. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələr yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda modernləşmə istiqamətində davamlı addımlar atılmaqdadır.

Əsərdə dövlət informasiya siyasətinin tənzimlədiyi və ehtiva etdiyi münasibətlərin dairəsinə, həll etdiyi praktik və nəzəri-politoloji məsələlərin kontentinə görə çox geniş anlayış olduğu qeyd edilib. Həmçinin dövlət hakimiyyəti və idarəetmə orqanlarının informasiya-analitik təminatı problemlərinin, idarəetmə strukturlarının informasiyalaşdırılması, vahid informasiya məkanının yaradılması məsələlərinin öyrənilməsi zərurəti də önə çəkilib.

Milli Məclisin deputatı, Bakıda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov bildirib ki, kitabda açıq cəmiyyət, bu cəmiyyətdə informasiya, KİV və dövlət məsələləri əksini tapıb. Bu baxımdan monoqrafiya ciddi elmi əsər kimi qiymətləndirilə bilər.

BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev çıxışında jurnalistikanın Azərbaycanda sadəcə ictimai fəaliyyət sahəsi kimi deyil, intellektual düşüncə sahəsi olduğunu vurğulayıb. Qeyd edib ki, bu sahə akademik normalarla öyrənilməli, tədqiq edilməlidir. “Dövlət informasiya siyasəti” monoqrafiyası bu istiqamətdə ilk addım kimi təqdirəlayiqdir.

Jurnalistikan sahəsində araşdırmaların dərin intellektual keyfiyyətlər tələb etdiyini bildirən Hikmət Babaoğlu deyib ki, monoqrafiyanın tədqiqat mövzusunun aktuallığı, bölmə və paraqraflarının bir-birini tamamlaması əsərin elmi çəkisini artırır. Araşdırılan məsələlər hüquqi dövlət kontekstində nəzərdən keçirilir və müəllif medianın inteqrativ xüsusiyyətlərini önə çəkir.

BDU-nun jurnalistika fakültəsinin jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov, BDU-nun professoru İzzət Rüstəmov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” Media Qrupun rəhbəri Bəhruz Quliyev çıxış edərək bildiriblər ki, jurnalistikaya yeni yanaşmanın məhsulu olan bu kitab Azərbaycan siyasi elminə bir töhfədir. Müəllifin məqsədi problemin Azərbaycan milli siyasətşünaslıq elmində, sosiologiya və jurnalistikasında ilk dəfə nəzəri-konseptual, sistemli və kompleks şəkildə araşdırılmasından ibarətdir.

Bildirilib ki, dövlət informasiya siyasəti tənzimlədiyi və ehtiva etdiyi münasibətlərin dairəsinə, həll etdiyi praktik və nəzəri-politoloji məsələlərin kontentinə görə çox geniş anlayışdır. Təqdim edilən elmi əsərdə dövlət informasiya siyasətinin ümumi anlayışı, siyasi sistemin müxtəlif institutları ilə qarşılıqlı əlaqəsi, cəmiyyətin informasiyalaşması və informasiya əldə etmə ehtiyaclarının təmin edilməsi prosesindəki iştirakına toxunmaqla, əsas ağırlıq KİV-in həmin siyasətin həyata keçirilməsindəki yerinə və roluna ayrılıb.

Kitabın müəllifi təqdimat mərasimində iştirakçılarına minnətdarlığını bildirib.

Qeyd edək ki, monoqrafiyada Azərbaycanın dövlət informasiya siyasəti və siyasi sistemin modernləşməsi qarşılıqlı əlaqə şəraitində nəzərdən keçirilib, dövlətin müasir informasiya siyasətinin təşəkkülündə siyasi institutların rolu müəyyənləşdirilib. Müəllif keçid transformasiyaları şəraitində vətəndaş cəmiyyəti ilə dövlət, hakimiyyətlə xalq arasında informasiya mübadiləsi və kommunikasiyanın spesifik vasitəsi kimi dövlət informasiya siyasətinin atributiv və texnoloji parametrlərini açıqlayan nəzəri modelin hazırlanmasına səy göstərib.

Elmi əsərdə, həmçinin informasiya siyasətinin təhlilinin mümkün paradiqmal əsasları araşdırılıb, daha optimal tədqiqat modelləri seçilib. İnformasiya siyasətinin atributiv xüsusiyyətləri açıqlanıb, onun reallaşdırılmasının prinsip və mexanizmləri təhlil edilib, dövlətin informasiya-siyasi sferada rolu dəqiqləşdirilib, “dövlət informasiya siyasəti” anlayışının müəllif traktovkası verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Prezidenti: Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur

Prezident: Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapıb

“Lufthansa” bu gündən Təl-Əviv, Əmman və Ərbilə uçuşları bərpa edəcək

Növbəti illərdə Azərbaycan hökumətinin qarşısında duran əsas infrastruktur layihələri açıqlanıb

Prezident: Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir

Taxıl biçini həyata keçirəcək mexanizatorlar üçün təlimlərə start verilir

İsrail XİN 32 ölkəni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Azərbaycan Prezidenti: Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihəmiz olacaq

Azərbaycan gimnastları Çexiyada beynəlxalq turnirə qatılacaqlar

Yığmanın basketbolçusu: Parisdə fəxri kürsüyə qalxmaq üçün mübarizə aparacağıq

Prezident İlham Əliyev: Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq

Prezident: Son illər Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub
Dövlətimizin başçısı tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

FHN: Ötən sutka ərzində 26 halda yanğına çıxış olub

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin siyahısında dəyişiklik edilir

Buraxılış imtahanlarının nəticələri açıqlanıb: 39 nəfər 300 bal toplayıb

Monqolustanda meşə yanğınları 70 min hektar əraziyə ziyan vurub

Federasiya prezidenti: Belə davam etsək, Azərbaycanda reqbiyə maraq kəskin artacaq - MÜSAHİBƏ

BDU-nun “SABAH” qruplarının tələbələri Fiziologiya İnstitutunda infosessiyada

Ölkə ərazisində əsl yaz havası olacaq...

Cəlilabadda kartof istehsalçıları və ixracatçıları ilə görüş olub

Baş Prokurorluq: Beynəlxalq axtarışa verilmiş şəxslər Rusiyadan ölkəmizə ekstradisiya edilib

Bu il pensiya, müavinət, təqaüd və ünvanlı yardımlar üzrə əhaliyə 2 milyard 183 milyon manat ödənilib

Yapon atlet turnikdə 24 saat ərzində 8940 dəfə dartınıb

“Birlikdə planetimizi yaşıllaşdıraq” adlı ekoloji layihənin icrasına başlanılıb

Nazir: Bu ilin sonunadək tranzaksiyaların əksəriyyəti elektron formata keçəcək

Azərbaycan Texniki Universitetində “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində görüş olub

“Gilavar Foto Klubu” beynəlxalq mükafatlara layiq görülüb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 sentyabr tarixli 423 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Əməyin Mühafizəsi Fondunun Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qarabağ Universitetində doktorantura səviyyəsi üzrə tədris aparılacaq

Saniyədə 156 trilyon kadr sürəti ilə çəkən kamera yaradılıb

Mütəxəssis: 45 yaşdan sonra kişilər ildə bir dəfə kardioloji “check-up” müayinəsindən keçməlidir

“Qarabağ Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamının qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi, Azərbaycan SSR Nazirlər Sovetinin “Stepanakert şəhərində Pedaqoji İnstitutun yaradılması haqqında” 1973-cü il 28 noyabr tarixli 377 nömrəli və “Sovet Azərbaycanın 60-illiyi adına Stepanakert Pedaqoji İnstitutunun müvəqqəti bağlanılması haqqında” 1988-ci il 3 noyabr tarixli 393 nömrəli qərarlarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan vətəndaşları üçün üç yer ayrılıb

AQTA soğan yetişdirilən təsərrüfatlarda monitorinqlər aparıb

Bakıda koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin maaşına əlavənin müddəti uzadılıb

BMU 10 istiqamət üzrə doktoranturaya qəbul elan edir

Dövlət orqanlarının təsnifatı genişləndirilir

Botanika İnstitutunun alimləri İran ilankölgəsi bitkisinin köklərini fitokimyəvi tədqiq ediblər

“Şükriyyə” tamaşası yenidən Milli Dram Teatrının səhnəsində

Yeni tədqiqat: Qarşıdakı 20 ildə prostat xərçəngi xəstələrinin sayı iki dəfə artacaq

ABŞ prezidentinin köməkçisi Hindistana səfərini təxirə salıb

Xəzər dənizində süni torpaq sahələrinin yaradılmasında əsas məqsəd açıqlanıb

Azərbaycan ilə Türkiyə arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıb

Azərbaycan minifutbol yığmasının Monteneqro toplanışı üçün heyəti açıqlanıb

Fəqan Şahverdiyev: Müsadirə olunan narkotik vasitələrin “qara bazar” qiyməti 116 milyon 815 min AZN təşkil edir

Banqladeşdə yol-nəqliyyat hadisəsində 13 nəfər ölüb

Bahar Muradova: Ailə dəyərlərimizi müxtəlif təhdidlərdən qorumalıyıq

“Sabahın alimləri” XIII respublika müsabiqəsi başlanır

Deputat: Süni adaların yaradılması beynəlxalq konvensiya əsasında yaradılır

Sidney kilsəsində insanlara bıçaqla hücum terror aktı elan edilib

ABŞ-da Donald Trampa qarşı məhkəmə prosesi başlayıb

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb

“Xəzər Hövzəsi Araşdırmaları” proqramı 18 ölkənin nümayəndələrini bir araya gətirib

İri və xırdabuynuzlu heyvanlar dabaq və qarayara xəstəliyinə qarşı peyvəndlənir

İKTA: Hesabatlılıqdan yayınan provayderlər cərimələnib

Türkiyə Qəzzaya daha bir humanitar yardım gəmisi göndərəcək

Basketbol Federasiyasının baş katibi: Qarşımıza qoyulan maksimum hədəfə çatdıq

“İnklüziv təhsildən inklüziv cəmiyyətə” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb

DYP: Avtomobildən ixrac olunan qazın tərkibi normaya uyğun olmalıdır

NASA-nın Mars missiyası maliyyə çətinliyi ilə üzləşib

Şəkidə Ulu Öndərin xatirəsinə həsr olunan futzal turnirində 24 komanda mübarizə aparır

Xəzər dənizində yaradılacaq süni torpaqlarda tikinti fəaliyyəti məcəllənin tələblərinə uyğun həyata keçiriləcək

Xəzər dənizində süni torpaq sahəsinin yaradılması üçün icarə haqqı müəyyən ediləcək

Könüllülər üçün “Yaşıl düşüncə maarifləndirmə proqramı” layihəsinə start verilir

"Xalqın mədəni sərvəti" layihəsi Süleyman Ələsgərovun 100 illiyinə həsr olunub

Dövlət Komitəsi rəsmisi: Tikinti ilə bağlı tələblər baxımından qanunvericiliyin təkmilləşdirilməsi zərurətdir

Milli Kitabxanada “Xalq artisti Ramiz Mirişli” adlı kitab sərgisi açılıb

İrpen şəhərinin küçə və prospektlərinin birinə “Azərbaycan” adının verilməsi təklif edilib

“Zirə” klubunun sabiq futbolçusu vəfat edib

Mərkəzi Bankın sədri: Türkiyə digər sahələrdə olduğu kimi, sığorta sahəsində də əsas tərəfdaşımızdır

Əli Hüseynli: Xəzərdə süni torpaq sahələrinin yaradılması yeni imkanlar açacaq

Taleh Kazımov: Sığorta ödənişləri son üç ildə 26,3 faiz artaraq 587 milyon manata çatıb

Nazir: Azərbaycanda rəqəmsal siyasətə dair dövlət strategiyası 3 əsas istiqamət üzərində qurulub

Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 3 tondan çox narkotik vasitə məhv edilib

Sumqayıt Şəhər Prokurorluğunda “Açıq qapı günü”

Dövlət İdarəçilik Akademiyasında “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün təlim keçirilib

"Paris-2024"ə lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb

“Yaradıcı müzakirələr” layihəsinə qeydiyyat başlayıb

Qazaxıstanlı politoloq: Cənubi Qafqaz regionunun əhəmiyyəti artır

Azərbaycanda narkotikdən yaranan davranış pozuntularına görə dispanser nəzarətində olanların sayı açıqlanıb

Qərbi Azərbaycan İcması professor Lemkinin adından sui-istifadə edilməsini sərt şəkildə qınayıb

İİTKM informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edəcək

Tahir Mirkişili: Azərbaycan son dövrlərdə kiberhücumlara ən çox məruz qalan ölkələr sırasındadır

Taleh Kazımov: Azərbaycanda sığorta sisteminin İT sahəsində kadr potensialının artırılması prioritet məsələlərdəndir

Katarakta əməliyyatı zamanı ABŞ istehsalı olan linzaların xərcləri icbari tibbi sığorta ilə qarşılanır

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi keçirilir

Rusiyalı qonaq Ədəbiyyat Muzeyində olub

BMT-nin Yerli Əhalinin Problemləri üzrə Daimi Forumu keçirilir

Naxçıvanda bu ilin yanvar-mart ayları ərzində 2052 çıxarış verilib

Çempionlar Liqası: “Barselona” PSJ-ni, “Borussiya” “Atletiko Madrid”i qəbul edəcək

Hərbi təhsil müəssisələrinə qəbulla bağlı maarifləndirici görüşlər keçirilib

Avtoyuma məntəqəsindən avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Ötən illərlə müqayisədə yollarda ölüm və xəsarətlə nəticələnən qəzaların sayında kəskin azalma müşahidə edilib

İnterpol tərəfindən axtarışda olan şəxs İstanbulda saxlanılıb

Gənclər Kitabxanasında Ramiz Mirişliyə həsr olunan sərgi hazırlanıb

Qarğıdalı sahəsini dolu vurdu, 90 min manata yaxın aqrar sığorta ödənildi