İQTİSADİYYAT


Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

A+ A

Bakı, 2 avqust, AZƏRTAC

Avqustun 2-də "Bakı Fond Birjası" QSC-də Maliyyə Nazirliyinin AZ0101007513 ISIN kodlu, tədavül müddəti 91 gün olan 20 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, AZ0101007513 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim olunan sifarişlərin nominal üzrə ümumi məbləği 35,4 milyon manat təşkil edib.

Maliyyə Nazirliyi tərəfindən 15,2 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 97,9626 (gəlirlilik 8,4577 faiz) səviyyəsində müəyyən edilib. İstiqrazların ödəmə müddəti noyabrın 1-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.