REGİONLAR


Dövlət müşaviri Naftalanda dindarlarla görüşüb

A+ A

Naftalan, 11 iyul, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Naftalan şəhərinə səfər edib. Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Kamal Abdullayev Cümə məscidinə gəlib, dindarlarla görüşüb. Görüşdə Ulu Öndərin banisi olduğu Azərbaycan multikulturalizm siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması münasibətilə keçirilən tədbirlərdən, dövlət-din münasibətlərindən söhbət açılıb. Həmçinin bildirilib ki, məscidlərdə kitabxanaların olması, din xadimlərinin mütəmadi mütaliə etmələri vacib amillərdəndir.

Dindarlar ölkəmizdə dövlətin dinə qayğısından danışıb, onlara göstərdiyi yüksək diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonra dindarlara multikulturalizmlə bağlı kitablar və jurnallar təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.