REGİONLAR


Dövlət müstəqilliyimizin bərpasının 25 illiyi Şəkidə böyük təntənə ilə qeyd olunub

A+ A

Şəki, 30 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Daim azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı artıq 25 ildir ki, öz müstəqilliyinə qovuşub. Müstəqilliyinin ilk illərində Azərbaycan bir çox çətinliklərlə üzləşib, ağır sınaqlardan keçib. Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil dövlətçiliyimiz məhv olmaq təhlükəsindən xilas olub, Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə Şəki şəhərində keçirilən bayram tədbirində səsləndirilib.

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında təşkil olunan tədbirdə şəhər rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov tədbir iştirakçılarını əlamətdar bayram münasibətilə təbrik edib, ötən 25 ildə respublikamızın qazandığı uğurlardan danışıb. Bildirilib ki, Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin düşünülmüş, məqsədyönlü siyasəti sayəsində ölkəmiz dünya dövlətləri sırasında öz layiqli yerini tutub, müstəqilliyimiz daha da möhkəmlənib, əbədi və dönməzliyi təmin olunub.

Sonra Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunan üzvlərə vəsiqələr verilib.

Bayram tədbiri Şəki Dövlət Regional Kolleci tələbələrinin hazırladığı konsert proqramı ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.