CƏMİYYƏT


Dövlət müstəqilliyimizin əldə edilməsi böyük tarixi hadisədir

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev Milli Dirçəliş Günü və onun qeyd edilməsinin əhəmiyyətindən danışıb.

Professor Camal Mustafayev və digər çıxış edənlər dövlət müstəqilliyinin əldə edilməsinin böyük tarixi hadisə olduğunu söyləyiblər.

Müasir müstəqil Azərbaycan dövlətinin yaranmasında, inkişafında və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən bəhs edən natiqlər Ulu Öndərin ideyalarının əbədiyaşar olduğunu bildiriblər.

Vurğulanıb ki, Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir, ölkəmiz çox sürətlə inkişaf edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.