Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Dövlət müstəqilliyinin bəhrələri
Culfa rayonunun Gülüstan kəndində kompleks quruculuq işləri aparılıb

Culfa, 13 oktyabr, AZƏRTAC

Bu il xalqımız dövlət müstəqilliyinin 25-ci ildönümünü qeyd edir. Müstəqillik illərində Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi nəticəsində sürətlə inkişaf edib, müasir görkəm alıb. Muxtar respublikanın kompleks abadlaşan yaşayış məntəqələrindən biri də Culfa rayonunun Gülüstan kəndidir. İnsanlar hələ qədim zamanlardan bu kənddə məskunlaşıb, tarixin müxtəlif dövrlərində kənd inkişaf edərək ticarət və sənətkarlıq mərkəzi kimi şöhrət qazanıb. Tarixi abidələri, qədim yaşayış yerləri, təbii sərvətləri ilə yanaşı, bu gün Gülüstan kəndi həm də müasir inkişafı ilə diqqəti cəlb edir. Bu il kənddə geniş quruculuq işləri aparılıb, yeni sosial obyektlər inşa olunub.

Naxçıvan-Ordubad magistralı - Culfa şəhər və Gülüstan kənd

 avtomobil yolu yenidən qurulub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Culfa rayonunda aparılan abadlıq-quruculuq işləri yol infrastrukturunu da əhatə edib. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq oktyabrın 13-də Naxçıvan-Ordubad magistralı - Culfa şəhər və Gülüstan kənd avtomobil yolu yenidənqurma işlərindən sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolun açılışını bildirən lenti kəsib, sakinləri təbrik edərək deyib: Culfa şəhərinin giriş avtomobil yolunun və Gülüstan kənd yolunun yenidən qurularaq istifadəyə verilməsi mühüm əhəmiyyət daşıyır. Çünki Culfa şəhərinin abadlığı, inkişafı haqqında ilk təəssürat şəhərin giriş yolundan yaranır. Ona görə də yol yenidən quruldu, ətrafda abadlıq işləri aparıldı.

Sonra Ali Məclisin Sədri yolda görülən yenidənqurma işləri ilə maraqlanıb.

Məlumat verilib ki, uzunluğu 11 kilometr olan Naxçıvan-Ordubad magistralı - Culfa şəhər və Gülüstan kənd avtomobil yolu, dəmiryolun üzərindən keçən 65 paqonmetrlik körpü əsaslı şəkildə yenidən qurulub. Yol yatağı genişləndirilərək 10 metrə çatdırılıb, yola asfalt örtük döşənib, 2150 metr məsafədə piyada yolu salınıb, işıqlandırma sistemi quraşdırılıb, 38 su keçidi qoyulub, 520 metrlik beton kanal çəkilib.

Ali Məclisin Sədri yol kənarlarında yaşıllıqların salınması barədə tapşırıqlar verib.

Gülüstan kəndində yeni məktəb binası 

istifadəyə verilib

Muxtar respublikada təhsilin inkişafına hərtərəfli qayğı göstərilir. Hər il onlarla yeni məktəb binası tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilir.

Oktyabrın 13-də Gülüstan kənd tam orta məktəbinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Məktəbin direktoru Bəhrəm İsmayılov çıxış edərək deyib ki, muxtar respublikamızda bütün sahələr kimi, təhsil quruculuğu da diqqətdə saxlanılır. Bunun bariz nümunələrindən biri də bu gün açılışına toplaşdığımız Gülüstan kənd tam orta məktəbidir. Məktəbdə yaradılan şərait kollektiv qarşısında mühüm vəzifələr qoyur. Bu vəzifələri dərindən dərk edən pedaqoji heyət vətənpərvər gənclərin yetişdirilməsi yolunda səylə çalışacaq.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gülüstan kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Təhsil hər bir ölkənin gələcəyidir. Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir. Bu amili əsas götürən ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Bizim təhsil sistemimiz müstəqil Azərbaycanın gələcək inkişafını təmin etməlidir”.

Ali Məclisin Sədri deyib: Ölkəmizin gələcək təminatçıları məktəblərdə hazırlanır. Bu işdə müəllimlərin üzərinə mühüm vəzifələr düşür. Ona görə də müəllimlər üzərlərinə düşən məsuliyyəti dərk etməli, məktəblərdə təhsilli, vətənpərvər və fiziki cəhətdən sağlam gənc nəsil yetişdirilməlidir. Bunun üçün, ilk növbədə müəllimlər ixtisaslarını təkmilləşdirməli, müasir tədris metodlarını mənimsəməli, müəllim-şagird münasibətləri qarşılıqlı hörmət və tələbkarlıq əsasında qurulmalıdır. Gənclər isə yaxşı təhsil almalı, peşə öyrənməli, özlərini gələcəyə hazırlamalıdırlar. Bu gün istifadəyə verilən Gülüstan kənd tam orta məktəbində bu vəzifələrin yerinə yetirilməsi üçün hərtərəfli şərait yaradılmışdır. Məktəbin nailiyyətləri onu deməyə əsas verir ki, məktəbdə tələbkarlıq var, tədrisin səviyyəsi yüksəkdir. Ali məktəblərə qəbulda Gülüstan kənd tam orta məktəbinin məzunlarının göstəriciləri kəmiyyət və keyfiyyət baxımından qənaətləndiricidir.

Qazanılan nailiyyətlərə görə kollektivə təşəkkür edən Ali Məclisin Sədri deyib ki, məktəbin yetirmələri Azərbaycanın gələcək inkişafına, müstəqilliyimizin möhkəmlənməsinə öz töhfələrini verəcəklər. Bu gün Azərbaycanda təhsil prioritet sahədir. Dövlətimiz yeni məktəb binaları tikməklə, müasir tədris şəraiti yaratmaqla, müəllimlər isə yaradılan şəraitdən səmərəli istifadə edərək təhsilli və vətənpərvər gənclər yetişdirməklə ölkəmizin gələcək inkişafına təminat verirlər.

Ali Məclisin Sədri Gülüstan kənd tam orta məktəbində qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetiriləcəyinə və nailiyyətlərin daha da artacağına əminliyini bildirib, kollektivə tədrisdə uğurlar arzulayıb, açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, 156 şagird yerlik məktəbdə 4-ü elektron lövhəli olmaqla 13 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter otağı, müəllimlər otağı, şahmat otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları var. Kompüter otağında 13 kompüter quraşdırılıb və internetə qoşulub. Kitabxanada 945 dərslik və 1337 bədii ədəbiyyat olmaqla, 2282 kitab kollektivin istifadəsinə verilib.

Gənclərin sağlam böyüməsində idmanın xüsusi yeri var. Gülüstan kənd tam orta məktəbində müasir idman zalı istifadəyə verilib. Hərbi kabinədə də lazımi şərait yaradılıb.

Ali Məclisin Sədri şagirdlərin fiziki və hərbi hazırlığına ciddi diqqət yetirilməsi barədə tapşırıqlar verib.

Təhsil ocağında dəqiq elmlərin tədrisi üçün hər cür şərait yaradılıb, fizika, kimya və biologiya laboratoriyalarında tədris proqramına uyğun ən müasir sınaq-təcrübə avadanlıqları quraşdırılıb, əyani vəsaitlər qoyulub.

Elektron lövhəli sinifdə Naxçıvan Dövlət Xalça Muzeyi ilə əlaqə yaradılıb və distant dərs keçirilib.

Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri deyib: Gülüstan kənd tam orta məktəbində yaradılan şərait imkan verəcəkdir ki, bundan sonra da məktəbdə ölkəmiz və xalqımız üçün yararlı gənclər yetişdirilsin. Gənclərin peşə sahibi olması, vətənpərvər böyüdülməsi bu gün qarşıda duran əsas vəzifədir. Bu il dövlət müstəqilliyimizin 25 ili tamam olur. Müstəqilliyimizin gələcək təminatçıları bu gün məktəblərdə hazırlanan gənclərdir. Ona görə də pedaqoji kollektiv gənclərin təhsilinə ciddi diqqət yetirməli, onların vətənpərvər böyüdülməsi qayğısına qalmalıdırlar.

Müəllim Günay Rəfizadə yaradılan müasir tədris şəraitinə görə kollektiv adından minnətdarlıq edib, qarşıya qoyulan vəzifələri və verilən tapşırıqları uğurla yerinə yetirəcəklərini bildirib.

Gülüstan kəndində yeni içməli su sistemi qurulub

Muxtar respublikanın kəndlərində quruculuq işləri aparılarkən sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır. Bu sahədə görülən işlər içərisində içməli su təminatı xüsusi yer tutur.

Oktyabrın 13-də Gülüstan kənd içməli su sisteminin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat verib ki, “Culfa şəhərinin və ətraf kəndlərin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Culfa şəhərinin girişində yeni su anbarı və sutəmizləyici qurğu kompleksi inşa olunub. Tikinti işləri aparılarkən su anbarından Gülüstan kəndinədək 160 millimetrlik borularla 2 kilometr, kənddaxili isə 7,3 kilometr içməli su xətləri çəkilib, 157 abonent daimi və ekoloji təmiz içməli su ilə təmin olunub, sayğaclar quraşdırılıb.

Ali Məclisin Sədri Gülüstan kənd içməli su şəbəkəsinin istifadəyə verilməsini bildirən qurğunu işə salıb.

Kənd mərkəzi istifadəyə verilib

Oktyabrın 13-də Gülüstan kənd mərkəzinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, binada rabitə evi, polis sahə və baytarlıq məntəqələri, feldşer-mama məntəqəsi, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, statistika otağı, bələdiyyə və klub yerləşir. Kənd kitabxanаsında 6555 kitab var. İclas zalı müxtəlif tədbirlərin keçirilməsinə imkan verəcək.

Baytarlıq məntəqəsində dərman vasitələrini saxlamaq üçün soyuducu qoyulub, baytarlara nümunəvi iş şəraiti yaradılıb. Baxış zamanı qeyd olunub ki, Gülüstan kəndində əhalinin əsas məşğuliyyət sahəsinin heyvandarlıq, quşçuluq və arıçılıq olması baytarlıq xidmətinin nümunəvi təşkilini zəruri edir. Dezinfeksiya işlərinin vaxtlı-vaxtında aparılması kənddə yoluxucu xəstəliklərin yayılmasının qarşısını alıb.

Yeni Azərbaycan Partiyası Gülüstan kənd ərazi ilk təşkilatının sədri Kəmalə Səfərova deyib: Ərazi ilk təşkilatı üzrə Yeni Azərbaycan Partiyasının 108 üzvü var. Onlardan 42-si gənclər, 57-si isə qadınlardır. Gülüstan kəndində geniş quruculuq işləri aparılıb. Kənd müasir görkəmə qovuşub, yeni sosial obyektlər tikilib, Gülüstan türbəsi bərpa olunub. Kəndin tarixinin yaşadılmasına da, müasir inkişafına da lazımi qayğı göstərilir. Artıq kənddə işləmək də, təhsil almaq da, yaşamaq da çox rahatdır. Fəxr edirik ki, bu işlər Yeni Azərbaycan Partiyası tərəfindən görülür. Bundan sonra da ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinə sadiq qalacaq, tikilənləri, qurulanları qoruyub saxlayacaq, ölkəmizin inkişafına öz töhfələrimizi verəcəyik.

Rabitə evində 384 nömrəlik yeni ATS quraşdırılıb, kəndə 1550 metr fiberoptik kabel xətti çəkilib, poçt xidməti təşkil olunub. Poçt şöbəsində kommunal xidmət haqlarının və digər ödənişlərin aparılması üçün lazımi şərait yaradılıb.

Ali Məclisin Sədri feldşer-mama məntəqəsində yaradılan şəraitlə tanış olub. Bildirilib ki, kənd mərkəzində feldşer-mama məntəqəsi üçün 4 otaq ayrılıb. Burada hər cür şərait yaradılıb, məntəqəyə soyuducu, təcili yardım və peyvənd çantaları, lazımi dərman vasitələri verilib. Yaradılan şərait əhaliyə göstərilən ilkin tibbi xidmətin hərtərəfli təşkilinə imkan verəcəkdir.

Binanın həyətində də abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.

Gülüstan kəndində xidmət mərkəzi 

fəaliyyətə başlayıb

Həmin gün Gülüstan kəndində yeni xidmət mərkəzinin açılışı olub.

Ali Məclisin Sədri xidmət mərkəzinin açılışını bildirən lenti kəsib.

Mərkəzdə mağaza və bərbərxana yerləşir. Yaradılan şərait gündəlik ərzaq və sənaye mallarına olan tələbatın kəndin özündə ödənməsinə imkan verəcək. Xidmət mərkəzində 2 nəfər işlə təmin olunub.

Kənd sakinləri ilə görüşən Ali Məclisin Sədri deyib: Gülüstan kəndi öz adına layiq olaraq qurulub, müasirləşdirilib. Dövlətimiz tərəfindən bu tədbirlər ona görə həyata keçirilir ki, insanlar rahat yaşasın. Bu gün ölkəmiz inkişaf edir, sabitlik şəraitində yaşayırıq. Bu il dövlət müstəqilliyimizin 25-ci ildönümünü qeyd edəcəyik. Müstəqilliyimizin yaradıcısı ümummilli liderimiz Heydər Əliyevdir. Ulu Öndərin yolunun ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz daha da inkişaf edir, şəhərlərimiz, kəndlərimiz müasirləşir, insanların yaşayış səviyyəsi yaxşılaşır. Müstəqilliyimizin möhkəmləndirilməsində, ölkəmizin inkişafında vətəndaşların da böyük əməyi vardır. Sakinlər bundan sonra da yaradılan şəraitdən səmərəli istifadə etməli, tikilənlər, qurulanlar qorunub saxlanılmalı, hər kəs ölkəmizin inkişafında pay sahibi olmalıdır.

Ali Məclisin Sədri dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə sakinləri təbrik edib, onlara firavan həyat arzulayıb.

Kənd sakini Surxay Məmmədov minnətdarlıq edərək deyib ki, yeni sosial obyektlərin tikilməsi, içməli su sisteminin çəkilməsi, yolun abadlaşması, Gülüstan türbəsinin bərpa olunması kəndin tarixində yeni inkişaf mərhələsinin əsasını qoyub, kənd əsl gülüstana çevrilib. Həyata keçirilən tədbirlər kəndin turizm imkanlarını artırıb. Hər bir sakin fəxr edir ki, müstəqilliyimizin bəhrəsi olan müasir Azərbaycan kəndində yaşayır. Yaradılan bu şərait imkan verir ki, təsərrüfatlarımızı daha da genişləndirək, bol məhsul istehsal edək. Sakinlər kəndin inkişafında, abadlaşmasında bundan sonra da yaxından iştirak edəcəklər.

x x x

Gülüstanda kənddaxili 2700 metr rabitə xətti və 1100 metr elektrik xətti çəkilib, mövcud elektrik xətlərində və transformatorlarda təmir işləri aparılıb. Abadlıq işləri aparılarkən qaz xətləri də yenilənib.

Gülüstan kəndindəki quşçuluq təsərrüfatının 

fəaliyyəti genişləndirilir

Muxtar respublikamızda sahibkarlığın inkişafı və yerli istehsalın həcminin artırılması sahəsində ardıcıl tədbirlər görülür. Yaradılan əlverişli şərait, güzəştli şərtlərlə kreditlərin verilməsi şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə də yeni təsərrüfat sahələrinin yaradılmasına imkan verir.

Oktyabrın 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gülüstan kəndindəki quşçuluq təsərrüfatının fəaliyyəti ilə maraqlanıb.

Məlumat verilib ki, quşçuluq təsərrüfatı 2013-cü ildə Sahibkarlığa Kömək Fondu tərəfindən verilən güzəştli kredit hesabına yaradılıb. Ətlik və yumurtalıq istiqamətində fəaliyyət göstərən təsərrüfatda 1000 başdan çox hindquşu saxlanılır. Muxtar respublikada quşçuluq təsərrüfatları üçün qüvvəli yem istehsalının həyata keçirilməsi və daxili bazarın qorunması təsərrüfatın rentabelli işləməsinə və fəaliyyətinin daha da genişləndirilməsinə imkan verir. İstehsal olunan məhsullar rahat şəkildə bazara və kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarına çıxarılır.

Sahibkar Bəhruz İsmayılov yaradılan şəraitə və göstərilən qayğıya görə minnətdarlıq edib.

Ali Məclisin Sədri muxtar respublikanın kəndlərində heyvandarlıq və quşçuluq təsərrüfatlarının yaradılmasının əhəmiyyətini bildirib, özəl bölmənin inkişafı üçün yaradılan şəraitdən səmərəli istifadə etdiyinə görə sahibkara təşəkkür edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru