CƏMİYYƏT
Dövlət orqanları tərəfindən göstərilən bütün xidmətlər qiymətləndiriləcək VİDEO
Bakı,10 iyun, AZƏRTAC
İndiyədək dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin qiymətləndirilməsi həyata keçirilib. Bu gündən sonra isə dövlət orqanlarının göstərdiyi bütün xidmətlər qiymətləndiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında məlumat verib.
Ü.Mehdiyev bildirib ki, qiymətləndirmə “ASAN xidmət”in göstərdiyi əsas xidmətlərdən biridir. “ASAN xidmət” yaranandan bununla bağlı bir struktur mövcuddur. Növbəti tapşırığı da məhz həmin struktur icra edəcək. “ASAN xidmət”ə yeni xidmətin göstərilməsi üçün əlavə ştatların verilməsinə ehtiyac yoxdur.