REGİONLAR


Dövlət qayğısından yararlanan ağdamlı fermer pambıq sahələrini genişləndirəcək, yeni tut bağı salacaq

Ağdam, 8 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC

Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması ilə bağlı tapşırıqları Ağdam rayonunda da uğurla icra olunur. Cəbhə bölgəsinin fermerləri göstərilən diqqət və qayğıdan ruhlanaraq pambıqçılığı və baramaçılığı inkişaf etdirir, ölkəmizdə qeyri-neft sektorunun inkişafına öz töhfələrini verirlər.

Ağdam rayon Xındırıstan kəndindən olan gənc fermer Yafəs Eyvazov bu il 40 hektar sahədə çiyid səpini həyata keçirib. Aqrotexniki qaydada qulluq sayəsində tarlalarda yaxşı bitiş əldə edilib. Gənc fermer hər hektardan 35 sentnerdən çox məhsul götürəcəyini deyir. Bundan başqa 2 hektarda lobya, 5 hektarda baş soğan, 1 hektarda toxumluq soğan becərib. Hazırda təsərrüfatda lobya və soğan yığımı davam edir.

Ölkəmizdə baramaçılığın və pambıqçılığın inkişafına göstərilən dövlət qayğısından ruhlanan fermer, gələcəkdə pambıq sahələrini daha da genişləndirmək, yeni tut bağı salmaq fikrindədir. “Pambıqçılığın və baramaçılığın inkişafına göstərilən dövlət qayğısı bizə əlavə stimul verir, fəaliyyətimizi daha genişləndirməyə həvəsləndirir. Avqustun 4-də Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Prezident İlham Əliyev baramaçılığın inkişaf perspektivindən danışdı. Dövlət tərəfindən xaricdən tut tingləri alınıb gətirildiyini, növbəti illərdə əlavə 8 milyon tingin əkiləcəyini diqqətə çatdırdı. Bütün bunlardan ruhlanaraq, geniş şəkildə baramaçılıqla məşğul olmağı, 2,30 hektar sahədə 24 min tut tingi əkməyi planlaşdırmışam” – deyə Y.Eyvazov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.