İQTİSADİYYAT


Dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

A+ A

Bakı, 1 avqust, AZƏRTAC

Avqustun 2-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarının yerləşdirilməsi (DQİ) üzrə hərrac keçiriləcək.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, istiqrazın ümumi həcmi 20 milyon manat, bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 91 gün, ödəmə tarixi noyabrın 1-dir. "PAŞA Kapital" ASC anderrayter vəzifəsində çıxış edəcək.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.