ELM VƏ TƏHSİL
Dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin tarifləri təsdiq olunub
Bakı, 24 may, AZƏRTAC
Tarif (qiymət) Şurasının ötən gün keçirilən iclasında Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilən dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin tarifləri təsdiq edilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin tarifləri Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”na əsasən təsnifatlaşdırılmış yeddi qrup üzrə 10-110 manat arasında müəyyənləşdirilib.