Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Dövlət qurumları, eləcə də özəl şirkətlərə geodeziya və kadastr xidmətləri göstərilir

Dövlət qurumları, eləcə də özəl şirkətlərə geodeziya və kadastr xidmətləri göstərilir

Bakı, 1 avqust, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ən müasir texnologiyalar əsasında Azərbaycanda fasiləsiz fəaliyyət göstərən 37 stansiyadan ibarət AZPOS sistemləri vasitəsilə dövlət qurumları, eləcə də özəl şirkətlərə geodeziya və kadastr xidmətləri göstərir.

Komitədən AZƏRTAC-a bildirilib ki, AZPOS sisteminin (Azerbaijan Positioning Observation System) imkanlarından geodeziya, çöl-ölçmə işləri aparmaq istəyən şirkətlər, avtomobil və ya dəmir yolları, su və kanalizasiya, neft kəmərlərinin çəkilişi ilə məşğul olan qurumlar istifadə edə bilir. Bu sistemdən istifadə hər şeydən əvvəl dəqiqlik, bütövlük, fasiləsiz, etibarlı, davamlı və keyfiyyətli xidmət kimi üstünlüklər qazandırır. İstənilən ərazidə çöl-ölçmə işlərini aparmaq və ərazinin koordinatlarını müəyyən etmək istəyən qurum AZPOS vasitəsilə göstərilən xidmətlərdən yararlanmaq imkanına malikdir. Bunun üçün komitənin tabeliyində olan “Kadastr və Yer Quruluşu Layihə Tədqiqat Mərkəzi” MMC-yə müraciət edilməlidir. Bundan sonra Mərkəz müraciət edən şirkət və ya təşkilatların AZPOS sisteminə qoşulmasını təmin edir. Həmin şirkət və təşkilatlara istifadəçi adı və parol verilir ki, sistemə daxil olmaqla, ona yaxın stansiyalar vasitəsilə lazımi koordinatları hesablaya bilir və digər geodeziya xidmətlərindən faydalana bilir.

Hazırda AZPOS sisteminin xidmətlərindən istifadə edən şirkət və qurumlar sırasında istifadəçi sayına görə su, kanalizasiya xətlərinin çəkilişi və neft-mədən işi, neft kəmərlərinin salınmasını həyata keçirən qurumlar üstünlük təşkil edir.

AZPOS Azərbaycan Respublikası ərazisində geodeziya-ölçü işlərində tətbiq olunan yüksək dəqiqliyə malik qəbuledicilərin köməyi ilə koordinatları müəyyən edən informasiya sistemidir. Bu stansiyalar Azərbaycan Respublikası ilə Dünya Bankının birgə həyata keçirdiyi “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində quraşdırılıb. AZPOS şəbəkəsi məlumatları dəqiq vaxt rejimində Diferensial Qlobal Naviqasiya Peyk sistemi vasitəsilə emal etdikdən sonra elektron formada ötürür.

Sistem geodeziya xəritələrinin hazırlanması üçün baza rolunu oynayır. AZPOS daimi olaraq Amerikanın GPS və Rusiyanın “GLONASS” peyk siqnallarını qəbul edir. Sistem hələ tam işə düşməyən Avropa İttifaqının “Galileo” peyk siqnallarını da qəbul etmək iqtidarındadır. Otuz yeddi Fasiləsiz Fəaliyyət Göstərən İstinad Stansiyaları bir-biri ilə əlaqə yarada biləcək konkret məsafələrdə yerləşdirilib. Respublika ərazisində hər hansı çöl-ölçmə işləri aparılarkən bu avadanlıq vasitəsilə müəyyən ərazilərin koordinatları vurulur. Sonra həmin məlumatlar stansiyalar vasitəsilə bazaya ötürülür. Bundan sonra istənilən ərazidə torpaq üzərində hər hansı iş görülərkən, məsələn avtomobil yolu çəkilərkən, yaxud su və ya kanalizasiya boruları çəkilərkən həmin koordinatlardan istifadə olunur.

AZPOS fəaliyyətə başlamazdan əvvəl çöl-ölçmə işlərini aparmaq həm fiziki baxımdan çətin idi, həm də hər hansı ərazinin koordinatlarını müəyyənləşdirmək üçün uzun vaxt tələb olunurdu. İndi isə bu stansiyaların qurulması sayəsində istənilən ərazinin koordinatlarını daha rahat, həm də çox qısa vaxt ərzində əldə etmək mümkündür. Üstəlik əvvəllər bu proses üçün bir neçə işçi qüvvəsi tələb olunurdusa, indi bir mühəndis AZPOS sistemindən istifadə etməklə və düyməni basmaqla ərazinin koordinatlarını verə bilir.

Bu stansiyalar dövlət əmlakının elektron idarəetmə sisteminin təkmilləşdirilməsini təmin edir. Daimi fəaliyyət göstərən geodeziya istinad şəbəkəsinin yaradılması və ortofotoxəritələrin hazırlanması məhz AZPOS şəbəkəsinin texniki imkanlarına əsaslanır. Həmçinin sistem əmlak qeydiyyatı və dövlət əmlakının idarəetmə sistemləri üçün geodeziya, xəritə və kadastr məlumatlarının bazası rolunu oynayır. Bütün sahələr üzrə cari və perspektiv mərzçəkmə işlərinin yerinə yetirilməsində istifadə edilir. Məhz bu sistemin yaradılması sayəsində yeni peyk və aerofototəsvirlər vasitəsilə rəqəmli ortofotoxəritələrin tam dəsti hazırlanır, torpaq sahələrinin xəritələri tərtib edilir.

Sistemin digər üstünlüyü yeni ortofotoxəritələr vasitəsilə kadastr məlumatlarının düzgünlüyünü yoxlamaq imkanı yaratmasıdır. Mövcud kadastr məlumatlarını, o cümlədən keçmiş dövrlərdə qeydiyyata alınmış torpaq sahələrinin ölçülərini, konfiqurasiyalarını, hüquqi sənədlərdə (dövlət aktları və şəhadətnamələr) əks olunmuş texniki göstəriciləri faktiki vəziyyətlə müqayisədə yoxlamaq imkanı verir.

Beləliklə, AZPOS sistemi həm də özəl sektorda mərzçəkmə və kadastr ölçmələrinə dair işlərin aparılması ilə bağlı bilik və bacarıqların artırılmasına xidmət edəcək. Belə ki, 37 geodeziya istinad stansiyaları şirkətlərə mərzçəkmə xidmətlərini daha tez və maliyyə baxımından daha sərfəli şəkildə həyata keçirmək imkanı yaradacaq. Bu sistem bütün mərzçəkənlərin, o cümlədən topoqrafiya və inşaat sahəsində çalışan mütəxəssislərin işini rahatlaşdıracaq və daha sürətli edəcək. AZPOS şəbəkəsi hər şeydən əvvəl ipoteka, tikinti və daşınmaz əmlakla bağlı digər xidmətlərin keyfiyyətini daha da artıracaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək