İQTİSADİYYAT


Dövlət satınalmalarına cəlb olunan mütəxəssislər üçün təlim kursları təşkil edilib

A+ A

Bakı, 15 iyul, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə satınalan təşkilatların dövlət satınalmalarına cəlb olunan mütəxəssisləri üçün təlim kursları keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri" mövzusunda təşkil olunan tədbirdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Dəniz Administrasiyasının, Mərkəzi Bankın və Milli Arxiv İdarəsinin, Nəqliyyat, Maliyyə, Gənclər və İdman nazirliklərinin, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatından dövlət satınalmalarına cəlb olunan 70-ə yaxın mütəxəssis iştirak edib. Təlim kursunda iştirakçılara dövlət vəsaitlərindən səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində rəqabət, ədalət və şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, onların sualları cavablandırılıb.

Dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin maarifləndirilməsi məqsədilə təlimlər davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.