İQTİSADİYYAT


Dövlət satınalmalarına cəlb olunan mütəxəssislər üçün təlim kursu

A+ A

Bakı, 5 iyul, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə iyulun 5-də dövlət satınalmalarına cəlb olunan mütəxəssislər üçün təlim kursu keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri" mövzusunda təşkil olunan növbəti tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Dövlət Gömrük Komitəsinin və Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət satınalmalarına cəlb olunan mütəxəssisləri iştirak ediblər.

Təlim kursunda iştirakçılara dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində rəqabət, ədalət və şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.