İQTİSADİYYAT


Dövlətlərarası Aviasiya Komitəsi Türkiyə ilə anlaşma Memorandumu imzalayıb

Bakı, 31 aprel, AZƏRTAC

Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın Bakı şəhərində yerləşən qərargahında Dövlətlərarası Aviasiya Komitəsi (DAK) və Türkiyə Respublikasının Mülki Aviasiya Baş Direktorluğu arasında uçuşa yararlıq sahəsində Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.

Dövlətlərarası Aviasiya Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Memorandum tərəflərin mülki hava gəmilərinin uçuşlarının təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş standartların və prosedurların qarşılıqlı öyrənilməsi üzrə uzunmüddətli fəaliyyətinin nəticəsidir. Sənəd tərəflər arasında bu sahədə əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi məqsədi daşıyır.

Memorandum Tərəflərin hava gəmilərinin sertifikasiyası üzrə DAK-ın Aviasiya Registri və Türkiyə Respublikasının Mülki Aviasiya Baş Direktorluğnun Uçuşa Yararlılıq Departamenti tərəfindən hazırlanan iş prosedurlarının imzalanması niyyətini təsbit edir. Bu, Rusiyanın Ка-32А11ВС helikopterlərinin Türkiyəyə tədarükü layihəsini reallaşdırmağa imkan verəcək. Türkiyə tərəfinin layihədə marağı bir daha təsdiq edilib. Ка 32А11ВС helikopteri DAK-ın Aviasiya Registri və Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) etibarlı sertifikatına malikdir ki, bunun sayəsində Avropanın və dünyanın bir çox ölkəsində uğurla istismar olunur. Son vaxtlar onun “yanğınsöndürən” variantına tələbat xüsusən artıb.

Tərəflər istər uçuşa yararlılıq, istərsə də uçuşların təhlükəsizliyinin təmin olunması üzrə digər sahələrdə gələcək səmərəli əməkdaşlığa əminliklərini ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.