MƏDƏNİYYƏT


Dramaturq Əli Əmirlinin yeni pyesi səhnələşdirilib

Bakı, 13 mart, Aynur İsmayılova, AZƏRTAC

Martın 13-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Əli Əmirlinin “Varlı qadın” pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, tamaşa 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülərindən ibarət teatr truppası tərəfindən hazırlanıb. Səhnə əsəri Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) birgə təşkilatçılığı ilə reallaşıb.

Tamaşada pul, sərvət əldə etmək üçün hər şeyə hazır olan və bu yolda insani keyfiyyətlərini, dəyərlərini, vicdanını itirməyə qadir olan insanların mənəvi yoxsulluğundan danışılır.

Səhnə əsərinin rejissoru Cavidan Novruzdur. On iki könüllünün rol aldığı tragikomik tamaşada Nigar Əhmədova, Tahir Əlizadə, Taleh Həsənov, Elmir Hümbətov, Böyükxanım Babayeva və başqaları çıxış ediblər.

Sonda “Master 2” proqramı çərçivəsində təcrübə keçən könüllülər sertifikatla təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.