DÜNYA


Drezdendə yolunu azmış sığın xilas edilib

Berlin, 21 aprel, AZƏRTAC

Almaniyada sığının xilas edilməsi əməliyyatı 5 saat davam edib. Almaniya telekanalları bunu açıq efirdə yayımlayıblar. Bu günlərdə bu şirin heyvanlardan biri tələyə düşüb: o, Drezdendə ofis binasının fasadının şüşəsini qıraraq, divarla şüşə arasında ilişib qalıb. Biçarə heyvanı oradan çıxarmaq mümkün olmayıb. Odur ki, xilasedicilər çağırmaq lazım gəlib.

Əlbəttə, şəhərdə sığına rast gəlmək nadir hadisədir. Sığınlar adətən meşədən kənara çıxmır. Amma bu sığın, çox güman ki, yolunu azıb və gəlib şəhərə çıxıb.

Nə başıbəlalı qonaq binadan müstəqil çıxa bilib, nə də ofis əməkdaşları ora daxil ola biliblər. Polis və yerli zoopark işçiləri çağırılmamış qonağı yatızdırıblar. Sonra onu xüsusi konteynerə yükləyərək, Saksoniyanın şimal hissəsində meşəyə aparıblar və azadlığa buraxıblar.

AZƏRTAC-ın xüsusi müxbiri

Vüqar Seyidov

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.