ELM VƏ TEXNOLOGİYA


Dronların izləmə sistemi hazırlanır

A+ A

Bakı, 24 sentyabr, AZƏRTAC 

DARPA agentliyi pilotsuz təyyarələrdən istifadənin səmərəliliyini və təhlükəsizliyini artırmaq məqsədilə kiçik hündürlükdə istismar edilən dronları izləməyə imkan verən sistem hazırlamağa qərar verib.

AZƏRTAC naked-science.ru saytına istinadla xəbər verir ki, Aerial Dragnet adlı yeni izləmə sistemi şəhərlərin üzərində 300 metrədək hündürlükdə uçan kiçik pilotsuz təyyarələrin aşkarlanması üçün istifadə olunacaq. Agentliyin nümayəndələrinin bildirdiyinə görə, belə sistem yeni texnologiyaların hazırlanmasını, həmçinin təyyarələri izləyən mövcud sistemlərin öyrənilməsini tələb edəcək. Sistem yalnız dronların toqquşmasının qarşısını almağa deyil, həm də quş uçuşu hündürlüyündən şəhəri izləməyə imkan verəcək.

DARPA-nın nümayəndələri deyiblər ki, agentlik yeni layihənin reallaşdırılması üçün müxtəlif qəbuledicilər və izləmə sistemləri üzrə iş təcrübəsinə malik peşəkar mühəndislər komandası axtarışındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.