CƏMİYYƏT


Dubay Ticarət və Sənaye Palatasının sədri Fövqəladə Hallar Nazirliyində olub

A+ A

Bakı, 18 noyabr, AZƏRTAC

Noyabrın 18-də fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Dubay Ticarət və Sənaye Palatasının sədri Məcid Saif Al Qurairin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Kəmaləddin Heydərov qonaqlara respublikamızda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verib. Nazir, həmçinin FHN-in nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrinin inkişaf etdirilməsi istiqamətində aparılan işləri qonağın diqqətinə çatdırıb.

Nümayəndə heyətinin rəhbəri FHN-in fəaliyyətini yüksək qiymətləndirib, hər iki ölkənin müvafiq qurumlarının əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.