DÜNYA
Dubay aeroportunda sərnişinlərin pasportlarını smartfonlar əvəzləyəcək
Bakı, 8 iyun, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin sakinləri bundan sonra Dubay beynəlxalq aeroportunun 3-cü terminalında nəzarət məntəqəsindən keçən zaman pasportların əvəzinə smartfonlardan istifadə edə biləcəklər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, yeni texnologiya “Smart UAE Wallet” mobil proqramının daha bir xidmətidir. O, sərnişinlərin yoxlamadan keçirilməsinə ayrılan vaxtı 9-12 saniyə azaltmağa, həmçinin pasport və digər sənədlərin təhlükəsizliyini təmin etməyə imkan verəcək. Yaxın vaxtlarda bu texnologiya Dubay hava limanının bütün terminallarında tətbiq olunacaq.
Gələcəkdə, həmçinin bütün hökumət müəssisələrində tətbiq edilməsi üçün proqramın təkmilləşdirilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]