DÜNYA


Dubay aeroportunda uğursuz eniş edən təyyarənin 10 sərnişini xəstəxanaya çatdırılıb

Bakı, 3 avqust, AZƏRTAC 

Dubay aeroportunda uğursuz eniş edən “Emirates” şirkətinə məxsus təyyarənin 10 sərnişini xəstəxanaya çatdırılıb.

“Gulf News” qəzetinin məlumatına görə, onlar hadisə zamanı aldıqları yanıq xəsarətindən və ya tüstüdən boğulma səbəbindən xəstəxanaya aparılıb.

Xatırladaq ki, uğursuz enişdən sonra təyyarənin mühərrikində partlayış baş vermişdi. Hadisə zamanı hava gəmisində 300 nəfər olub. Onlardan 282-si sərnişin, 18-i isə heyət üzü olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.