DÜNYA


Dubay beynəlxalq tədbirlər keçirilməsi üçün ən münasib şəhərlərin ilk onluğuna düşüb

Abu Dabi, 14 iyun, AZƏRTAC

“Emirates 24/7” nəşri “International Meetings Statistics Report” tərəfindən aparılmış araşdırmaların “Union of International Associations”da (UIA) dərc edilmiş nəticələrinə istinadla xəbər verir ki, Dubay planetimizdə beynəlxalq görüşlər keçirilməsi üçün ən münasib şəhərlərin ilk onluğuna daxil olub.

Hesabatda göstərilir ki, dünyanın 1157 şəhərində il ərzində keçirilmiş beynəlxalq görüşlər tədqiq edilib.

Qeyd olunur ki, bu müddətdə Dubayda 180 tədbir keçirilib. Bu, 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 24 faiz çoxdur. Xatırladaq ki, o vaxt Əmirlik reytinq cədvəlində 14-cü yeri tuturdu.

Dubay Yaxın Şərqdə və Afrikada ilk 25 şəhərin sırasına düşmüş yeganə şəhərdir. Bu, həmin regionun beynəlxalq görüşlər və konfranslar keçirilməsi üçün statusunu vurğulayır.

Turizm və Kommersiya Marketinqi Departamentinin baş icraçı direktoru İssamm Kazımın sözlərinə görə, UİA-da dərc edilmiş sonuncu reytinq bir daha ona dəlalət edir ki, Dubay bu sektorda regional lider olmaqla bərabər həm də beynəlxalq arenada işgüzar tədbirlər keçirilməsi üçün əsas mərkəzdir.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Abu Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.