Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Dubay heyrətləndirməyə davam edir

Bakı, 2 iyun, AZƏRTAC

Dubaya hər nə qədər tez-tez gəlsəniz də, hər dəfə özünüz üçün yeni nəsə kəşf edəcəksiniz. Birləşmiş Ərəb Əmirliklərinin ən gəlimli-gedimli istiqamətlərindən biri özündə az qala bütün rekordları cəmləyib: dünyanın ən uca göydələni - Bürc Xəlifə, dünyada ən iri ticarət-əyləncə mərkəzi – "Dubai Mall", adama gəl-gəl deyən süni adalar və şəhərin simasını formalaşdıran, siyahısı daim genişlənən bir çox digər obyektlər. Məsələn, son ildə Dubayın görməli yerlər kolleksiyasına dünyada ən böyük qapalı əyləncə kompleksi - "IMG Worlds of Adventure" əlavə olunub, "Dubai Parks and Resorts" tematik parkının açılması isə bu şəhəri dünyanın əyləncə mərkəzinə çevirib.

Sizi bizimlə birlikdə Dubayda yeni istirahət məkanlarına səyahətə dəvət edirik.

Dubayın yeni döyünən nəbzi

Üç gün gecələcəyimiz "Westin Dubai" oteli şəhərin inkişaf etməkdə olan "Al Habtoor City" rayonunda yerləşir. Əvvəllər bu rayon barədə məlumatımız az olduğu üçün geniş çeşiddə restoranlar, kafe və əyləncə obyektləri sayəsində populyar turizm mərkəzinə çevriləcəyini vəd edən bu perspektivli yer ilə tanış olmaq bizim üçün daha maraqlı idi. Başlıcası da bu idi ki, "Al Habtoor City" məşhur Bürc Xəlifə qülləsinin təqribən 2 kilometrliyində yerləşir və onları cəmi bir metro stansiyası ayırır.

Beşulduzlu supermüasir "Westin Dubai" oteli Şeyx Zayed adına mərkəzi şose ilə bir neçə əmirliyin yol qovşağının birləşdiyi yerdə süni su kanalının sahilində yerləşir. Kanalın üzərindən körpü salınıb. Axşamlar körpüdən rəngləri sayrışan işıqlandırma sistemi ilə təchiz edilmiş süni şəlalə axır. Kanaldan katerlər üzüb keçəndə şəlalə avtomatik olaraq kəsilir və gəzinti gəmilərinə yol açır.

Otel əlverişli məkanda yerləşmənin və şəhərin populyar turizm yerlərinə yaxın olmanın üstünlüyündən başqa, əla xidmətlər, o cümlədən təəssüratlarla zəngin gündən sonra turistlərin dincəlməsinə şərait yaradan nəhəng SPA-kompleks təklif edir. Maraqlıdır ki, otelin 41 mərtəbəli binası "W Dubai и The St. Regis" mehmanxana komplekslərinin lap yaxınlığında yerləşir. Bu mehmanxana kompleksləri də "Starwood" şəbəkəsinə aid olduğu üçün oteldə qalanlar qonşuluqdakı lüks otellərin hovuzlarından və restoranlarından istifadə edə bilərlər.

Bu il "Al Habtoor City" rayonunda özünə görə dünyada yeganə olan suda teatrın - "La Perle by Dragone" teatrının açılışa hazırlandığını öyrənmək də bizim üçün maraqlı oldu. Qeyd edək ki, Franko Draqone dünya şöhrətli "du Soleil" sirkinin quruluşçu rejissorlarından biridir. Maestronun yeni layihəsi tamaşaçıları heyrətləndirmək məqsədi daşıyır. 1300 tamaşaçı tutan kompleksdə 2,7 milyon litrdən çox su tutumu olan səhnə quraşdırılacaq. Səhnənin konstruksiyası onu adi meydançaya çevirməyə imkan verəcək, artistlər isə 35 metr yüksəklikdən suya baş vura və bucurğadın köməyi ilə tamaşaçıların başı üzərindən sürətlə uça biləcəklər. Doxsan dəqiqəlik şounun sınaq nümayişi bu ilin ortalarına nəzərdə tutulub. Şouda ümumən 450 aktyor iştirak edəcək.

Superqəhrəmanların əhatəsində

Biz ən çox “IMG Worlds of Adventure” qapalı tematik əyləncələr parkına getmək istəyirdik. Ötən il açılan bu park barəsində çox eşitmişdik. Dubayın mərkəzində yerləşən park təqribən 140 min kvadratmetr sahəni əhatə edir. Mərkəzdə bir dam altında dörd fərqli dünya təqdim olunub: “Cartoon Network”, “Marvel”, “Lost Valley - Dinosaur Adventure” dinozavrlar parkı və “IMG Boulevard”.

“Al Habtoor City” rayonundan parka qədər taksi ilə yarım saatlıq yoldur. Biletləri kassadan və ya qabaqcadan mərkəzin rəsmi saytından əldə etmək olar. Böyüklər üçün biletlərin qiyməti 300 dirhəm (82 dollar), uşaqlar üçün 250 dirhəmdir (68 dollar).

Biz 200-dən çox attraksionun, o cümlədən Amerika təpəciklərinin, canlı şouların və 5D-kinoteatrda seansların təqdim olunduğu əyləncə imkanları ilə tələsmədən tanış olmaq üçün parka düz onun açıldığı vaxtda – səhər saat 11-də gəldik.

Nə deyə bilərik? Park həqiqətən güclü təəssüratlar oyadır və bura gələnlər dərhal müasir nağıllar aləminə düşürlər. Bu aləmdə hazırda dünyada ən çox tanınan personajlar və superqəhrəmanlar hökmranlıq edirlər. Məsələn, “Marvel” zonasında hər addımbaşı qarşımıza Dəmir Adam, Tor, Kapitan Amerika və ya Halka çıxırdı. Onların hamısını “Qisasçılar: Altronun savaşı” attraksionunda görmək olar. Bu attraksiona gələnlər sanki heyəti məkrli cani Altronla döyüşən “Quinjet” təyyarəsinin sərnişinlərinə çevrilirlər. Tamaşaçıları hər tərəfdən əhatə edən mənzərəli 3D-video onları hadisələrin iştirakçısına çevirən qeyri-adi effekt yaradır.

Dörd yüz metrlik “Hörümçək-adam” təpəcik attraksionu cəsur müsafirləri “Marvel” studiyasının məşhur tor atanı, Nyu-York şəhərini qorxunc Doktor Oktaviusun cəngindən xilas etməyə çalışan Hörümçək-adamla birlikdə şəhərin göydələnləri üzərindən uçuracaq.

Parkın “Cartoon Network” adlı daha bir zonası dünya şöhrətli telekanalın pərəstişkarları üçün nəzərdə tutulub. “Ben-10” 5D kino-attraksion burada yerləşir. “Ben-10” müxtəlif duyğu orqanlarını işə salaraq ürəyi tez-tez döyünməyə məcbur edir.

Qeyri-adi “Qambola” attraksionu ayrıca söhbətin mövzusudur: burada fanatlar Qambola ilə Darvinin məktəb üçün elmi layihəsinin nəzarətdən çıxdığı Elmor şəhərciyini əyani görə bilərlər. İştirakçılar dostları ilə birlikdə distant interaktiv oyun oynayaraq, canlanan və bütün şəhəri ələ keçirməyə çalışan əşyaları güllə ilə vura bilərlər.

Nəhayət, parkın “İtirilmiş dünya” adlanan ən ekstremal zonası dinozavrlarla macəraları nəzərdə tutur. Heyrətamiz “Velotsiraptor” attraksionu məhz burada yerləşir. Uzunluğu 1,1 kilometr olan bu Amerika təpəciyi attraksionu sərnişinləri Dubay səhrasında itib-batmış dünyanın tarixdən əvvəlki cəngəlliklərindən saatda 100 kilometr sürətlə 2,5 saniyə ərzində keçirərək geri qaytarır.

Dinozavr həvəskarları “Qadağan edilmiş ərazi” adlanan safari-attraksiondan da zövq alacaqlar. Bu attraksion tarixdən qabaq mövcud olmuş real böyüklükdə 70 dinozavrla məskunlaşmış cəngəlliklərin içinə aparır.

Mənzərəni “Yırtıcı” attraksionu tamamlayır: burada hətta ən cəsarətli adrenalin ovçularının ürəyi ağzına gələcək. Bu qüllədən düşmə”"vertikal həddinin hüdudlarından kənarda” hissləri vəd edir. Yaxın Şərqdə ikinci belə attraksion tapmaq mümkün deyil.

“IMG Boulevard” adlanan dördüncü zona ən sakit zonadır. Nəfəsini dərmək istəyənlər buradakı çoxsaylı kafe və restoranlardan birini seçə, firma mağazalarına və suvenir dükanlarına baş çəkə, yaxud sadəcə oturub animatorların və küçə artistlərinin adama rahatlıq gətirən çıxışlarının təsiri altında istirahət edə bilərlər.

İnsan əli ilə yaradılmış Atlantida

Ötən il Dubayda “Motiongate”,”Legoland” parklarını və dünyada “Bollivud”a həsr olunmuş ilk tematik parkı – “Bollywood Parks”ı özündə cəmləmiş daha bir möhtəşəm kompleks – “Dubai Parks and Resorts” açılıb. Amma bu komplekslə tanış olmağı başqa vaxta saxlamaq qərarına gəldik, çünki səfərimizin proqramına daha bir diqqətəlayiq obyekt – “Atlantis, The Palm” daxil edilmişdi.

Yəqin çoxları bilir ki, Dubayda süni adalar yaradılıb. Söhbət palma formasında üç adanı – “Palma Cümeyra”, “Palma Cəbəl Əli” və “Palma Deyra” adalarını birləşdirən bütöv bir arxipelaqdan gedir. Adalar arasında xırda adalardan ibarət “Dünya” və “Kainat” adlanan süni arxipelaqlar da yerləşir.

Hazırda bu adalardan yalnız biri – “Palma Cümeyra” tam qurulub və məskunlaşıb. Adada yaşayış kompleksləri, kurort otelləri və burada ilk açılmış otel kompleksi – “Atlantis, The Palma”ya (yəni Atlantida) məxsus olan möhtəşəm “Aquaventure Waterpark” akvaparkı yerləşir. Biz də elə ora yollanırıq.

Dubaydan bura ya monorels adlanan qatarda (o, sizi birinci stansiyasından tutmuş sonuncu stansiyaya qədər “Palma Cümeyra” boyunca gəzdirəcək), ya da taksi ilə gəlmək olar. “Atlantis, The Palma” otelində nə az, nə çox 1539 otaq, o cümlədən pəncərələri nəhəng akvariuma açılan sualtı nömrələr var. Oteldə qalanlar bu pəncərələrdən sualtı aləmi seyr edə bilərlər. Onun sakinlərinin sayı 65 mindən çoxdur.

Amma bizi daha çox 17 hektar ərazidə yerləşən, 18 milyon litrdən çox su tutumu olan “Aquaventure Waterpark” akvaparkı maraqlandırırdı. Bunun sayəsində “Aquaventure Waterpark” Yaxın Şərqdə və Avropada ən böyük akvaparkdır. Akvaparkda iki qüllədə cəmləşən 11 ekstremal təpəcik attraksionu və 2,3 metr uzunluğunda süni çay yerləşir.

İlk işimiz 30 metr hündürlüyündə “Neptun” qülləsinə yollanmaq olur. Köpək balıqları ilə dolu laquna yerləşdirilmiş şəffaf tuneldən, demək olar, vertikal düşmə attraksionu- “The Leap of Faith” (Taleyüklü tullanma) burada yerləşir. Bundan əlavə, bütün park boyu çəkilmiş tunellərdə su şırnaqlarının üzərindən sürətlə keçib getməyə imkan verən təzyiqin yaradılması üçün innovativ texnologiyalardan istifadə olunan dörd təpəcik attraksionu da burada yerləşir.

Amma ən ekstremal təpəcik attraksionları “Poseydon” qülləsində cəmləşib. “Poseidon's Revenge” (Poseydonun qisası) adlanan attraksion 20 metr hündürlükdən şaquli vəziyyətdə enməni nəzərdə tutur. Rəqiblərin sürət yarışına çıxmasına imkan verən “Slitherine” attraksionu dünyada ilk ikiqat su təpəciyi attraksionudur. Dünyanın ən böyük su təpəciyi attraksionu “Aquaconda” , habelə Yaxın Şərqdə ən uzun ziplayn (akvapark ərazisi üzərindən sürətlə hərəkət etməyə imkan verən buraz) da burada yerləşir

Bəzi attraksionlara təkrar-təkrar qayıtmaq istəyirsən. Buna görə də akvaparka səhər saatlarında gəlmək lazımdır, çünki qaş qaralan kimi park bağlanır, burada isə vaxt bir göz qırpımında ötüb keçir. Akvaparka biletin qiyməti böyüklər üçün 320 dirhəm (88 dollar), uşaqlar üçün 275 dirhəmdir ( 75 dollar). Qiymət mövsümdən asılı olaraq dəyişir. Yeri gəlmişkən, Dubay sakinləri və rezident vizası olanlar üçün 40 faiz məbləğində güzəşt nəzərdə tutulub.

Qarnını doydurmaq üçün akvaparkda onlarca kafe və restoran var. Biz ən populyar restoranlardan birini – geniş çeşiddə ət və balıq yeməkləri, pittsa, şaurma, falafeya, kartof-fri və ləzzətli dondurma təklif edən “Barracudas” restoranını seçdik.

Qeyd edək ki, akvapark ərazisində Yaxın Şərqdə yeganə olan dəniz şirlərini müşahidə mərkəzi və delfinari yerləşir. Bura əlavə ödəniş etməklə və qabaqcadan yazılmaqla girmək olar. Mərkəzdə heyvanlarla ünsiyyətdə olmaq, təlimatçının müşayiəti ilə onlarla birlikdə suya dalmaq, şəkil çəkdirmək imkanı yaradılır. Əlavə ödənişlə içərisində akulalar olan akvariuma baş vurmaq (dayvinq) və ya skatları yemləmək də olar. Yəni, “Atlantis, The Palma” hər kəsin öz zövqünə görə əyləncə tapa biləcəyi bir məkandır.

Emil Eyyubov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Federasiya rəsmisi: “Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb

Latviyanın xarici işlər naziri istefa verib

Beynəlxalq ekspert: COP29 Azərbaycanın iqtisadi mövqeyini gücləndirməsi üçün strateji fürsətdir - MÜSAHİBƏ

Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi

AzTU Türkiyə universitetləri və istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycanın daha 2 boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb

BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub

Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb

Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib