DÜNYA


Dubay taksiləri “ağıllı” sayğaclarla təchiz edilir

Abu-Dabi, 27 iyul, AZƏRTAC

Dubay taksiləri yeni nəsil yüksək texnologiyalı sayğaclarla təchiz edilir. Bunu Dubayın Yollar və Nəqliyyat İdarəsi elan edib.

Bildirilir ki, sayğaclar “Makani” sisteminin köməyi ilə yeri dəqiq müəyyənləşdirməyə, verilmiş ünvanı axtarmağa, xəritələri yeniləməyə qadirdir. Yeni sistem, sürücünün növbə ərzində 90 dəqiqəlik fasiləyə çıxmasına imkan verən “Out of Service” opsiyasına da malikdir. Sürücünün növbəsinin başa çatmasından müştərilər də xəbər tuturlar. Sayğaclar taksinin hərəkət sürətinə nəzarət edən təhlükəsizlik sisteminə qoşulur, xüsusi vericilər sərnişinin taksiyə oturduğunu qeydə alır, qurğunu işə salmağı sürücüyə xatırladır.

Yollar və Nəqliyyat İdarəsinin baş direktoru və direktorlar şurasının sədri Mattar əl-Tayyer bildirib ki, onun idarəsi müştərilərin tələbatını təmin etmək üçün taksi xidmətlərini intellektual sistemlərin və yüksək texnologiyalı qurğuların köməyi ilə modernləşdirməyə davam edəcək.

2018-ci ilin iyun ayına qədər Dubay taksilərinin hamısı “ağıllı” sayğaclarla təchiz ediləcək. İndiyə qədər 4850 belə qurğu quraşdırılıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Abu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.