DÜNYA


Dubayda asayişi robot-polislər qoruyacaq

A+ A

Bakı, 18 oktyabr, AZƏRTAC

Dubayda asayişin qorunmasına robot-polislər cəlb olunacaq.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, qeyri-adi asayiş keşikçiləri artıq 2017-ci ildən etibarən xidmətə başlayacaq.

Yeniliyin təfərrüatları məlum deyil. Bir qədər əvvəl Dubay polisi iş zamanı yaranan “bəzi vəziyyətlərdə” robotlardan və süni intellektlərdən istifadə etməyə qərar verib. Layihənin reallaşması üçün dörd il lazım gələcək.

Ötən il Dubay polisi “Google Glass” texnologiyasını tətbiq etməyə başlayıb. Bunun sayəsində asayiş keşikçiləri dövlət nömrə nişanlarına əsasən yollarda baş verən qayda pozuntularını qeydiyyata ala bilirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.