DÜNYA


Dubayda avtomobil qəzası: azı 7 nəfər ölüb, 35 nəfər xəsarət alıb

Bakı, 23 may, AZƏRTAC

Mayın 23-də səhər saatlarında Dubay şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində azı 7 nəfər həyatını itirib, 35 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, yerli vaxtla saat 8:00 radələrində şəhərin “Əl Yəlayis” küçəsində avtobus yük maşını ilə toqquşub.

Təhqiqatın ilkin nəticələrinə əsasən, avtobusun sürücüsü idarəetməni itirərək yolun əks-hərəkət zolağına çıxıb.

Hadisənin təfərrüatları barədə məlumat verilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.