DÜNYA
Dubayda binalar yeni SOS sistemi ilə təchiz ediləcək
Dubay, 18 aprel, AZƏRTAC
Dubay Mülki Müdafiə Komitəsi təhlükəsizliyin təmin edilməsi və fövqəladə hallara daha tez reaksiya vermək məqsədilə yaşayış binaları üçün bu qəbildən olan yeganə SOS sistemini işə salıb.
Yerli KİV-lərin məlumatına görə, yeni sistem mülki müdafiə xidmətlərinə binalarda təhlükəsizlik sisteminə nəzarət etməyə imkan verəcək, sakinlərə və mülk sahiblərinə bir düyməni basmaqla hökumət orqanlarını fövqəladə hallar barədə məlumatlandırmağa imkan yaradacaq. Bununla yanaşı, Mülki Müdafiə Komitəsi yaxın vaxtlarda aeroportların, gəmilərin və evlərin monitorinqi üçün 29 yeni idarəetmə məntəqəsini işə salacaq ki, bu da fövqəladə hallara reaksiya verməyi səkkiz dəqiqədən dörd dəqiqəyədək azaltmağa imkan verəcək.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Dubay