DÜNYA
Dubayda daha bir oteldə yanğın baş verib
Abu-Dabi, 7 avqust, AZƏRTAC
Yerli KİV-lərin verdiyi məlumata görə, Dubai Marina rayonunda yerləşən, turistlər arasında çox populyar olan “Movenpick hotel Jumeirah Beach Residence” otellərin birində yanğın baş verib.
Yerli vaxtla səhər saat 10 radələrində başlanmış yanğın az sonra mülki müdafiə xidməti tərəfindən nəzarətə alınıb. Oteldə qalanların hamısı vaxtında təxliyə edildiyi üçün onların arasında zərərçəkən olmayıb.
Xatırladaq ki, bu, son iki həftədə həmin rayonda üçüncü belə hadisədir. Keçən cümə günü dünyanın ən uca göydələnlərindən birində - 87 mərtəbəli “Torch Tower” qülləsində baş vermiş yanğın nəticəsində 38 mənzilə ziyan dəyib. Bazar günü elə həmin rayonda 73 mərtəbəli “Tiger Tower” yaşayış qülləsində daha bir yanğın baş verib, lakin bu yanğın tezliklə lokallaşdırılıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Abu-Dabi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]