DÜNYA


Dubayda dənizin ortasında 134 metrlik qüllə tikiləcək

Bakı, 24 iyul, Elvin Camalov, AZƏRTAC

2017-ci ilin sentyabr ayında Dubayda nəhəng dəniz layihəsinin tikintisinə başlanılacaq. Söhbət “Dubay Limanı”nından gedir.

AZƏRTAC “denizhaber.com.tr” saytına istinadla xəbər verir ki, inşaat işlərinin 2019-cu ilin mayında başa çatdırılması planlaşdırılır.

Ən müasir texnologiyalara əsaslanaraq tikiləcək layihə 1 milyon 821 min kvadratmetrlik ərazini əhatə edəcək. Burda sərnişin terminalı və 324 min kvadratmetrlik ticarət mərkəzi də yer alacaq.

Bundan başqa, layihə çərçivəsində dənizin ortasında “Dubay Dəniz Fənəri” adlı 134 metr yüksəkliyində bir qüllə də inşa olunacaq. Həmin qüllə üzərində işıq şouları göstəriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.