DÜNYA


Dubayda innovativ qəhvə təqdim edilib

Abu-Dabi, 3 avqust, AZƏRTAC

AZƏRTAC Birləşmiş Ərəb Əmirlikləri KİV-lərinin yaydığı məlumata istinadla bildirir ki, aparıcı qəhvə istehsalçısı “Costa Coffee” Dubaydakı obyektlərinin menyusuna azotla zənginləşdirilmiş “Nitro Cold Brew” adlı innovativ qəhvə məhsulu daxil edib.

Məsələ bundadır ki, azot oksidləşmə prosesini ləngidir və suda dərhal həll olmur. Bunun sayəsində qəhvə öz dadını, teksturasını və ətrini uzun müddət qoruyub saxlayır.

İnnovativ içki “Arabica Columbian” toxumlarından hazırlanır. Bunun üçün üyüdülmüş qəhvə toxumları 20 saat suda saxlanılır, sonra ona dozatorla azot əlavə olunur, zövqə görə vanilli və ya karamelli sirop qatılır.

Asya Hacızadə

AZƏRTAC –ın xüsusi müxbiri

Abu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.