DÜNYA


Dubayda partladıcı qurğuları dronlar zərərsizləşdirəcək

Dubay, 30 may, AZƏRTAC

Dubay polisi partladıcı qurğuların zərərsizləşdirilməsi üzrə əməliyyatlarda məsafədən idarə olunan su topu ilə təchiz edilmiş pilotsuz uçuş aparatlından istifadə planlarını açıqlayıb. Yerli KİV-lər Dubay polisinin başçısı, general-mayor Abdulla Xəlifə Əl-Merrinin bəyanatına istinadla xəbər verir ki, pilotsuz aparatlar istehkamçı dəstənin sərəncamında olacaq.

Bildirilir ki, kamera ilə təchiz edilmiş drondan avtomobillərdə və ya binalarda şüşələrin və pəncərələrin qırılması, habelə partlayıcı maddələrin axtarışı üçün istifadə edilə bilər.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Dubay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.