DÜNYA


Dubayda yemək və digər sifarişləri mənzil başına dronlar çatdıracaq

Abu-Dabi, 25 iyul, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin “GulfNews” nəşrinin yazdığına görə, Dubayda yeni texnologiya - yeməyin və fərdi sifarişlərin pilotsuz uçuş aparatlarının köməyi ilə mənzil başına çatdırılması texnologiyası sınaqdan çıxarılacaq.

Gözlənildiyinə görə, yerli “Space Autonomous Drones” və ABŞ-ın “Skycart” şirkətləri tərəfindən işlənib hazırlanmış “ağıllı xidmət” logistika servisində çevriliş edəcək. Dronlar supermarket və restoranlardan çəkisi beş kiloqramdan çox olmayan malları sifarişdən sonra bir göz qırpımında bütün BƏƏ ərazisi boyu mənzil başına çatdıracaq.

Bildirilir ki, servis rəsmi surətdə 2018-ci və ya 2019-cu ildə işə salınacaq.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Abu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.