İQTİSADİYYAT


Dubaylı turist: Azərbaycanda insanların öz tarixlərinə hörmətlə yanaşmaları çox xoşumuza gəldi

A+ A

Şəki, 2 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycanda ilk dəfədir oluram. Ailəmlə birlikdə gəlmişəm. Burada özümüzü qərib hiss etmirik. Hamı bizə isti münasibət göstərir. İnsanların öz tarixinə belə hörmətlə yanaşmaları, onu qoruyub saxlamağa çalışmaları çox xoşumuza gəldi.

Bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən gələn turist Rəşid Hüseyn Şəki xanlarının sarayı ilə tanışlıqdan sonra AZƏRTAC-a müsahibəsində deyib.

Şəkidən əvvəl Qəbələ rayonunda da olduqlarını, “Tufandağ” Turizm İstirahət Kompleksində maraqlı bir gün keçirdiklərini bildirən ərəb turist bu yerlərin təbiətinə, yaşıllığına vurulduqlarını söyləyib. Qonaq bildirib ki, öz ölkəsindəki boz səhralardan sonra belə yaşıl təbiəti görmək olduqca xoşdur.

Şəki xanlarının sarayı ilə tanışlıqdan məmnun qalan Rəşid Hüseyn deyib: “Bu saray Azərbaycanın qədim tarixindən, zəngin mədəniyyətindən xəbər verir. Sarayla tanışlıq zamanı hiss etdim ki, adətlərimizdə oxşarlıq çoxdur. Bizim insanlar da qədim zamanlarda yerdə, döşəmənin üstündə əyləşərdilər. Milli geyimlərimizdə, bəzək əşyalarımızda da çox oxşarlıq var”.

Dubaylı turist Şəkidən sonra Bakıya yola düşəcəklərini, paytaxtla tanışlığı səbirsizliklə gözlədiklərini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.