SİYASƏT


Dünya Azərbaycanlılarının Həmrəylik Günü soydaşlarımızın birlik və mütəşəkkilliyinin güclənməsində mühüm rola malikdir

Bakı, 29 dekabr, AZƏRTAC

Dekabrın 29-da Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, təşkilatın sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev Həmrəylik Gününün tarixi barədə danışıb. Bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilk dəfə ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən məhz onun təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Ali Məclisdə qəbul olunmuş qərarla elan edilib. O, XX əsrin 90-cı illərinin əvvəllərində azərbaycançılıq və milli həmrəylik ideyalarının daha geniş vüsət aldığını, Naxçıvanda baş verən hadisələrlə müstəqillik uğrunda şərəfli mübarizənin təməlinin qoyulduğunu, xalqın mütəşəkkillik, milli əqidə və bütövlük nümayiş etdirdiyini xatırladıb.

Qeyd edilib ki, dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsində bu əlamətdar bayramın xüsusi rolu var. Dünya azərbaycanlılarının həmrəyliyi ideyası artıq təşəbbüsdən əməli işə çevrilib, dövlət siyasətinin mühüm istiqamətlərindən biri səviyyəsinə qaldırılıb. Soydaşlarımızın yığcam yaşadıqları ölkələrdə təşkilatlanması, birlik və mütəşəkkilliyinin güclənməsi baxımından Dünya Azərbaycanlılarının Həmrəylik Günü mühüm rola malikdir.

Sonra təşkilatın il ərzində xüsusi fəallığı ilə seçilən bir sıra əməkdaşlarına Fəxri diplomlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.