SİYASƏT
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Kopenhagendə də qeyd edilib
Stokholm, 30 dekabr, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Kopenhagendə də qeyd edilib.
Şəhərdəki “Azərbaycan Evi”ndə keçirilən tədbirdə Danimarkada yaşayan Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.
“Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi tədbirdə çıxış edərək deyib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızla əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq baxımından önəmli bir bayramdır. O, 2015-ci ilin dünyada yaşayan bütün azərbaycanlılar üçün dönüş ili olacağına və işğal edilmiş torpaqlarımızda həmin ildə Azərbaycan bayrağının dalğalanacağına ümidvar olduğunu söyləyib.
Tədbir bədii proqramla davam edib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.04.2024 [17:26]
İstanbul valisi: Türkiyə-Azərbaycan münasibətləri yüksək səviyyədədir
- 25.03.2024 [14:40]